Susmaq...

Susmaq...
22 sentyabr 2014
# 13:39

Susmağı seçə bilərsiniz. Danışmağı da. Mən nə danışıram, nə də susuram. Mən sadəcə yazıram. Qeyri-adiliyim yoxdur. Amma sizin kimi də deyiləm. İstəmədim sizin kimi olmağı. Olmadım. Ola bilməzdim. Ya da ola bilmədim. Nə isə, bu tip mövzuları insan öz içində həll etməlidir. Qısacası, seçim sizindir.

Qonşumuzdakı təqaüdçünün evinin elektrikini kəsdilər. Qış idi. Şaxta idi. Dondu və öldü. Susmağı seçə bilərdim. Danışmağı da. Mən isə yazmağı seçdim. Heç nə dəyişmədi.

Uzaq bir tanışımın arvadı ona xəyanət edirdi. Sadəcə mənim xəbərim vardı. Çəkindirə bilərdim. Çəkindirmədim. O uzaq tanışım məsələdən xəbər tutanda dəliyə döndü. Bütün ümidləri məhv olmuşdu. İntihar etdi. Susmağı seçə bilərdim. Danışmağı da. Mən yazmağı seçdim. Heç nə dəyişmədi.

Tanıdığım əlil vardı. Çarəsizdi. Kimsəsizdi. Dilənirdi. Yolu keçərkən gözlərimin önündə maşın vurdu. Kömək edə bilərdim. Etmədim. Susmağı seçə bilərdim. Danışmağı da. Mən yazmağı seçdim. Heç nə dəyişmədi.

Ətrafımda hər gün minlərlə haqsızlıq baş verirdi. Kasıblar, aclar, dilənçilər, əlillər, kimsəsizlər, xəstələr, körpələr...Danışmağı seçə bilərdim. Susmağı da. Mən yazmağı seçdim. Heç nə dəyişmədi.

Bir gün məni evimdən çölə atdılar. Köhnə evimizin yerində yeni park salacaqdılar. Evsizdim. Köməksizdim. Xəstəydim... Danışmağı seçə bilərdim. Susmağı da. Mən yazmağı seçdim. Heç nə dəyişmədi.

Beləcə seçimlərim çox olduğu halda mən ən bacardığımı seçdim. Bütün həqiqətlər haqqında susmağı öyrəndim. Yazdım, yazdım, yazdım...

Heç nə dəyişmədi...

# 3322 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
# # #