Futbol meydanından müharibəyə gedən Belanov kimdir?

İqor Belanov, futbolçu

İqor Belanov, futbolçu

8 aprel 2022
# 12:40

Kulis.az Vüsal Bağırlının “Futbolçunun döyüş ruhu...” adlı yazısını təqdim edir.

1986-cı ildə Avropanın mötəbər turniri UEFA Kuboklar Kubokunu Ukrayna klubu “Dinamo” Kiyev qazandı. Onlar həmin il ölkə çempionu da oldular.

Bəli, əfsanəvi Dinamo Kiyev o illər, “Bavariya”, “Real” Madrid, “Liverpul”, “Mançester Yunayted”, “Milan” kimi klubların dizlərini bükür, onları öz adı qarşısında çəkinməyə vadar edirdi.

Qızıl heyətdə kimlər yox idi?!

Bloxin, Rats, Zavarov, Aleynikov, Protasov, Mixayliçenko.

Hamısı parlaq istedad, hamısı unudulmaz futbol ustadı.

İndi çoxu xatırlamaz, İqor Belanov həmin qızıl heyətin adi, sıradan oyunçusu hesab olunurdu. Belanov onların içində, bəlkə də, ən zəifi sayılırdı. O, həmin ulduz heyətdən nə texnikasına, nə driblinq və fintlərinə, nə də topla mahir rəftarına görə seçilirdi.

Cinah yarımmüdafiəçisi Belanovun ən üstün cəhəti onun inanılmaz start sürəti və uzaqdan vurduğu zərbələr idi.

Bir də görürdün, oyunun ölü nöqtəsində, durğun anlarda meydanda qəflətən canlanma yaranırdı. Belanov raket kimi şığıyır, alıcı quş kimi irəli cumur və sərrast, iti zərbə ilə toru silkələyirdi. Oyunun taleyini birdəfəlik və qəti həll edirdi.

Məhz bu bacarığına görə 1986-cı ildə “France Football” jurnalının sorğusunda o gözlənilmədən 84 bal yığdı və Linekeri (62) və Butragenyonu (59) qabaqladı. Nüfuzlu “Qızıl Top” mükafatı ona təqdim olundu. Həmin il “The Gardian” qəzeti Belanovu “Planetin yüz ən yaxşı oyunçusu” siyahısına daxil etdi.

Aradan neçə illər ötüb, Odessa sakini olan veteran futbolçu yaşa dolub, qocalıb və təbii ki, aktiv idman həyatı yaşamır.

İndi 61 yaşlı İqor Belanov futbol meydanlarında deyil, əlində silah səngərlərdə mübarizə aparır. İşğalçılara qarşı vuruşur, döyüşür. Doğmalarını, yaxınlarını, ailəsini və ən əsası Vətənini yağı düşməndən qoruyur.

Öz siması, nüfuzu, cazibə gücü ilə döyüşçü yoldaşlarını ruhlandırır.

Bu isə, məncə bütün titullardan, mükafatlardan, milyon “qızıl top”lardan daha önəmli, daha vacibdir.

# 3023 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #