10 qəpiklik iş axtaran adam

 10 qəpiklik iş axtaran adam
20 dekabr 2019
# 11:01

İnsan bəzən elə ağır duruma düşür ki, çarəsizliyini ifadə etməyə yer tapmır. Bu günlərdə sosial şəbəkələrdə bir elan əl-əl yayılır:

“Kubik daşıyıram, dənəsi 10 qəpiyə. Yer belləyirəm, sotu 10 manata”.

Yayılan fotoda ilk baxışda adama elə gəlir, elan zibil qutusunun üzərinə yapışdırılıb. Bu sözlərin alt qatında yoxsul bir adamın hekayəsi gizlənir. O bəlkə də ailəlidir, uşaqları var, yaxud həyatını yenidən qurmaq üçün iş axtarır. Hər kimdirsə insandır və çarəsizliyini ifadə edəcək balaca bir yer tapıb.

Bir dəfə dayanacaqda avtobus gözləyirdim. Orta yaşlı, nimdaş geyimli bir adam yaxınlaşdı və birbaşa mətləbə keçdi:

- Nevrozam, müalicə alsam belə sağalmıram, hər gün Allaha dua edirəm ki, balalarımı böyüdüm, sonra rahat ölüm.

- Dostlarınız yoxdur?

- Sovet adamı olmuşam. O vaxtlar dostum çox idi, indi dost var?! Görürsən, əllərim necə əsir? Hamısı əsəbdəndi, kasıb adamam

Adam 2 dəqiqəyə dərdini danışmış, sonra yoxa çıxmışdı.

Ədəbiyyat həmişə belə yerlədə daha ürəkdən çırpınır. Bu cür adamlarla rastlaşanda elə bilirəm ki, Çexovun, Platonovun, Dostoyevskinin obrazlarıdır. Onlar bəzən çox danışırlar, amma susqunluqları bir ömür davam edir.

İndi o elan qarşısında hamımız acizik. Sözsüz, şərhsiz bir situasiyadır. Dostoyevski dedim, onun “Yoxsul insanlar” əsəri yadıma düşdü. Əsər epistolyar üslubda yazılıb. Bir yaşlı kasıb kişinin yoxsul qızla məktublaşmasıdır... “Bədbəxt İnsanlar”, Varvara Alekseyevna və Makar Alekseyevin arasında keçən məktub yazışmaları ilə oxucuları öz təsiri altına almağı bacarır. Cəmiyyətin kiçik, yoxsul təbəqəsinin insanlarıdır Dostoyevskinin obrazları. Onların kədərləri, sevincləri, bədbəxtlikləri əsərdə öz əksini tapıb. Məktubda elə yerlər var ki, oxuyanda sarsılırsan. Bəzən ifrat sentimentallıq hiss olunur. Bu yerdə Nabokovun sözü yadıma düşür: “Dostoyevski, sentimental yazıçıdır”.

Əsər o qədər bəşəridir ki, indiki dövrlə səsləşir. Rusiyanın sosial durumu, insanların düşdüyü ağır situasiyalar, bədbəxtliklər bu günlərdə yayılan o elanla necə də tutuşur. Əminəm ki, Dostoyevski o elanı görsəydi həmin şəxsi axtarıb tapardı.

# 5694 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
#
#
# # #