“40” düşüncələri….

“40” düşüncələri….
6 iyun 2011
# 11:35
(Rafiq Əliyevin hüzünlü günündə yağan fikirklər)

Mənim əmim yoxdu. Olmayıb. Hərdən fikirləşirdim ki, kaş lap elə qocalıb əldən düşmüş, yorğun bir əmim olaydı, onunla 3 yaşımda itirdiyim atam barədə danişaydım...

Bir gün qarşıma orta yaşlı, səbirli, səliqəli, çox alicənəb bir şəxs çıxıb dedi ki, “mən sənin əminəm, özü də bu mənə xoşdu...”

Və biz onunla mənim atam barədə danışdıq…

Həmin adam indiki dünyanin ən böyük azərbaycanlilardan biri – dünya şöhrətli alım Rafiq Əliyev idi. Əmi, özü də bu boyda. Məhsuliyyəti ağır olsa da, ürəyinin hüdudları imkan verdiyi qədər sevməli və sevinməli gözlənilməzlik idi…

Həvəslə razılaşdım ki, hə, siz mənim əmimsiniz…

Və bu mənə xoş idi...

Sonra bizim ikimizə də xoş olmayan hadisə baş verdi…

İşdə kompüterin arxasında oturub gündəlik öhdəliyimlə məşğul idim. Halını soruşmaq üçün ona telefon açdım. Adətinə zidd olaraq dedi ki, “çox pisəm, həyat yoldaşım Aidə xanımın vəziyyəti yaxşı deyil”.

“Mən nə edə bilərəm”, - deyə soruşanda “Heç nə, - dedi. - Həkim deyir heç nə eləmək mümkün deyil”.

Dedim, onda mən dua edəcəm.

“Hə, -dedi, -dua edin….!”

Səsinin ahəngi deyəsən məni bərk vurmuşdu. Dəstəyi yerinə qoyub dua eləməyə başladım. Gördüm getdikcə ümidsiz bir hissə qapılıram. Gözlərimi yumub ucsuz bucaqsız qaranlıqda Allahı axtardım. Yorulanda üzümü Yaradanın ola biləcəyi səmtə tütdum:
Doğrudanmı heç nə eləmək mümkün deyil?!

Gümanım gələn tərəfdən cavab gəlmədi….

“Susmaq razılıq əlamətir” deyə gözlərimi açdım və kompüterin ekranında Deyerler.org saytının qənaətimi təstiqlədiyini gördüm: “Tanınmış alim, akademik və ziyalı Rafiq Əliyevə ağır itki üz verib. Bir qədər öncə akademik Rafiq Əliyevin ömür-gün yoldaşı dünyasını dəyişib…”

Əllərimi klaviaturadan çəkdim…

Deyəsən, kövrəlmişdim…

Sonra yas oldu. Sonra çüməaxşamları, sonra “40” oldu…

İl də olacaq. Ümid edirəm ki, Rafiq Əliyevin cismən Aidə xanımsız illəri də hələ olacaq…

Sonra Rafiq Əliyev də olmayacaq (mənim indisi bir az tək, bir az üzgün, bir az da hüzünlü əmim). Amma bu dəfə mən əvvəlki kimi əmisiz olmayacam. Mənim göylərdə - öz Aidə xanımının əlindən tutub yenidən mutlu olan və həmişə öz əməlləri ilə yerə yol göstərən əmim olacaq. Və mən Onun göylərdəki mutluluğunu özümə təsəlli edib, yerdəki yoxluğuna həm də üzülməyəcəm…

(Əgər əlbəttə ki, o vaxta qalsam) Hələliksə mənim orta yaşlı, səbirli, səliqəli, çox alicənəb və çox ləyaqətli bir əmim var. Və bu bizim ikimizə də xoşdur….

Əllərimi klaviaturadan çəkirəm…

Allah səbr versin!..
# 3045 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #