Nazir: "Yuğ Teatrının bina problemi qısa zamanda həll ediləcək"

Nazir:  "Yuğ Teatrının bina problemi qısa zamanda həll ediləcək"
11 oktyabr 2024
# 16:05

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi ilə görüşüb.

Mədəniyyət Nazirliyindən Kulis.az-a verilən məlumata görə, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı binasının ikinci mərtəbəsində keçirilən görüşdə nazir Yuğ Teatrının Azərbaycan mədəniyyətində xüsusi yeri olduğunu qeyd edib.

Bildirilib ki, teatr maraqlı tamaşaları, həyata keçirdiyi layihələrlə yanaşı, xaricdə də ölkəmizi uğurlu təmsil edir.

Azərbaycan Dövlət Yuğ Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov teatrın heyəti ilə görüşə gəldiyi üçün nazirə təşəkkür edib.

Direktor teatrın illərdir bina problemi yaşadığını diqqətə çatdırıb. Qeyd olunub ki, 1989-cu ildən studiya kimi, 1992-ci ildən dövlət teatrı kimi fəaliyyət göstərən Yuğ Teatrı 2016-cı ildən etibarən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir. Məkan problemi yaradıcı fəaliyyətə və davamlı iş prosesinə mənfi təsir göstərir.

Teatrın baş rejissoru Mikayıl Mikayılov, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artistlər Sonaxanım Mikayılova, Gülzar Qurbanova, aktyor və rejissor Əbdülqəni Əliyev çıxış edərək teatrın uğurlarından, yaradıcılıq prosesindən, eləcə də mövcud problemlərdən danışıblar.

Adil Kərimli teatrın bina məsələsinin diqqətdə olduğunu və bu problemin qısa zaman ərzində həll ediləcəyini vurğulayıb. O, həmçinin nazirliyin teatr sənətinin inkişafına yönəlmiş təşəbbüslərə, yaradıcı təkliflərə dəstək olmağa hazır olduğunu bildirib.

Nazir görüşün sonunda kollektivə yaradıcı fəaliyyətində uğurlar arzulayıb.

# 2344 dəfə oxunub

Oxşar xəbərlər

Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
“Ağıldan kəm Jurden”  tamaşasının premyerası baş tutdu

“Ağıldan kəm Jurden” tamaşasının premyerası baş tutdu

14:30 15 iyul 2026
"Ağıldan kəm Jurden"  tamaşasına daxili baxış keçirildi

"Ağıldan kəm Jurden" tamaşasına daxili baxış keçirildi

13:12 13 iyul 2026
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

11:40 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər