Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu
13 iyul 2026
# 11:40

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının növbəti nümayişi olub.

Kulis.az xəbər verir ki, tamaşa Əməkdar artist, Prezident mükafatçısı Nahidə Orucovanın 65 illik yubileyinə həsr edilib.

Nümayişdən sonra Əməkdar artist, Prezident mükafatçısı Əkbər Əlizadə aktrisanın həyat və yaradıcılığı haqqında tamaşaçılara ətraflı məlumat verib, yubilyarı teatrın rəhbərliyi və kollektivi adından təbrik edib. O, həmçinin Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin fəxri fərmanını Nahidə Orucovaya təqdim edib.

Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini, Xalq artisti İlham Namiq Kamal da yubilyarı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb və İttifaqın "Teatr fədaisi" medalını təqdim edib.

Nahidə Orucova tamaşada Cahan xala obrazını canlandırıb. Səhnə əsərində, həmçinin Əməkdar artistlər Nərgiz Kərimova (Gülçöhrə), Əkbər Əlizadə (Süleyman bəy), Nadir Xasiyev (Soltan bəy), aktyorlar Emin Zeynallı (Əsgər), Mehriban Zaliyeva (Asya), Ülviyyə Əliyeva (Telli), Ruslan Mürsəlov (Vəli), eləcə də teatrın xor və balet artistləri iştirak ediblər.

Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti isə Sevinc Məmmədovadır.

# 493 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda  Beynəlxalq İncəsənət Festivalı  keçiriləcək

Bakıda Beynəlxalq İncəsənət Festivalı keçiriləcək

17:10 13 avqust 2026
"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər