“Ölümdən sonra həyat varmı?” sualının cavabı

“Ölümdən sonra həyat varmı?” sualının cavabı
4 sentyabr 2019
# 21:00

Kulis.az pritçalar təqdim edir.

Ölümdən sonra həyat varmı?

Ustadın yanına gələnlər ondan ancaq bir sualı soruşurdular: “Ölümdən sonra həyat varmı?”

Ustad sadəcə gülümsəyir və heç bir cavab vermirdi.

Şagirdləri dözməyib ondan soruşdular ki, niyə bu sualdan yayınır.

Qoca müdrik onlara belə cavab verdi:

- Siz fikir verdinizsə, o biri dünya haqda sualı daha çox bu həyatla nə etmək lazım olduğunu bilməyənlər verir. Onlara əbədi olacaq daha bir həyat lazımdır.

Şagirdlər yenə soruşdular:

- Bəs yaxşı, ölümdən sonra həyat var, ya yox?

Ustad cavabında dedi:

- Ölümə qədər həyat varmı? Budur əsas məsələ!

Qapıçı haqda pritça

Bir nəfər “Microsoft” şirkətində qapıçı kimi işə düzəlmək istəyir və kadrlar şöbəsinə gəlir. Ona burda bir neçə sual verirlər. Axırda deyirlər ki, sizi qəbul etdik, zəhmət olmasa əlaqə üçün elektron poçt ünvanınızı yazın. Həmin adam deyir ki, nə kompüterim var, nə də elektron ünvanım.

- Bu halda biz sizi işə qəbul edə bilmərik – cavabını alır.

Kişi məyus halda bayıra çıxır. Cibində cəmi 10 dollar varmış. Necə pul qazanmaq haqda düşünür. Ağlına qəfildən bir ideya gəlir. Bir fermerdən 10 kiloqram pomidor alır, evlərə gedib pomidoru satır. 6 saatdan sonra onun cibində 160 dollar var idi. Adam başa düşür ki, bu işlə məşğul ola bilər, ona kadrlar şöbəsi lazım deyil. Bir müddət sonra özünə minik, daha sonra yük avtomobili alır. Bir müddət də keçir və bu adamın artıq mağazaları olur.

Artıq varlanan bu kişi öz həyatını sığortalamaq üçün bir şirkətlə müqavilə bağlamaq istəyir. Sığorta agenti ondan e-mailini istəyir ki, təkliflər paketini göndərsin. Amma adam deyir ki, nə e-mailim var, nə də kompüterim. Sığorta işçisi təəccüblənir:

- Çox qəribədir. Belə böyük biznesi olan adamın e-maili və kompüteri yoxdur. Görün indi sizin kompüteriniz olsa, kim olardınız.

- Onda mən “Microsoft”da qapıçı olardım.

Sözlər necə xilas edir?

- Mən ərimdən boşanmaq istəyirəm – qadın dedi – və onu mümkün qədər çox incitmək istəyirəm.

- Bu halda – psixoloq cavab verdi – ona komplimentlər deməyə başlayın. Bu halda o hiss edəcək ki, siz ona lazımsınız. Fikirləşəcək ki, onu sevirsiniz. Qəfildən boşanma qərarı verin. O, çox əzab çəkəcək.

Bir neçə aydan sonra qadın yenidən psixoloqun yanına gəlir. Onun dediyi kimi etdiyini bildirir.

- Əla! – psixoloq deyir. Artıq boşanmaq qərarı vermək zamanıdır.

- Nə boşanmaq? – qadın hiddətlənir. Heç vaxt! Mən onu sevirəm!

Kimdə nə varsa, onu paylaşır

Bir nəfər özünə təzə ev alır. Evin qabağında qəşəng bağı, meyvə ağacları var idi. Qonşuluqdakı köhnə evdə isə bir paxıl qonşu yaşayırdı. O, həmişə evin zibilini çölə, camaatın qapısının ağzına tullayır, ətrafı çirkli saxlayırdı.

Bir dəfə yeni köçən təmizkar qonşu yaxşı əhval-ruhiyyədə yuxudan oyanıb artırmaya çıxdı. Gördü ki, içi çirkli suyla dolu olan bir vedrə qapının ağzına qoyulub. O vedrəni götürüb yaxşıca yudu, parıldayana qədər təmizlədi. İçinə həyətdəki almalardan yığdı və qonşuya getdi. Qonşu qapının səsini eşidəndə sevinə-sevinə düşündü: “Nəhayət onu hövsələdən çıxartdım...”. Bunu fikirləşərək qapının bu dəqiqə dava olacağı ümidi ilə açdı. Əlində bir vedrə alma tutan qonşu dedi:

- Kim nəylə zəngindirsə, onu da bölüşür.

# 4257 dəfə oxunub

Oxşar xəbərlər

"Heydər Əliyev bir dəfə mənə demədi ki..." - Kamal Abdulla

"Heydər Əliyev bir dəfə mənə demədi ki..." - Kamal Abdulla

15:00 17 iyun 2025
"Evlərində qara divlər oturan bir şəhərdəyəm..." - Türkiyəli şairlər Bakıya niyə gəlmişdi?

"Evlərində qara divlər oturan bir şəhərdəyəm..." - Türkiyəli şairlər Bakıya niyə gəlmişdi?

09:30 13 iyun 2025
"Azneft" binasının sahibi niyə müflis oldu? - Keçmişini məhv edən xanəndə, yaxud bir qalanın sirri

"Azneft" binasının sahibi niyə müflis oldu? - Keçmişini məhv edən xanəndə, yaxud bir qalanın sirri

09:10 11 iyun 2025
"Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki..." - O iclasda nə üçün ağlamışdı?

"Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki..." - O iclasda nə üçün ağlamışdı?

10:10 9 iyun 2025
Hüseyn Cavid bu əsərini niyə İrəvanda yaşayan dostuna göndərmişdi? - O, cib dəftərində nələr yazmışdı?

Hüseyn Cavid bu əsərini niyə İrəvanda yaşayan dostuna göndərmişdi? - O, cib dəftərində nələr yazmışdı?

09:23 3 iyun 2025
O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı

O niyə ölümündən bir ay sonra dəfn edilmişdi? - Həyat yoldaşıyla qızı arasında qalan dahi azərbaycanlı

09:15 2 iyun 2025
# # #