Müalicəyə pul tapmadı, arvadı evdən qovdu, parklarda gecələdi - Ötən gün qocalar evində ölən aktyorumuzun dəhşətli həyatı

Müalicəyə pul tapmadı, arvadı evdən qovdu, parklarda gecələdi - Ötən gün qocalar evində ölən aktyorumuzun dəhşətli həyatı
6 aprel 2021
# 12:01

Kulis.az ötən gün dünyasını dəyişən aktyor Fikrət Məmmədov haqqında maraqlı faktları təqdim edir.

Fikrət Əli oğlu Məmmədov 1 yanvar 1956-cı ildə anadan olub. Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunu olub. Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyovun nəvəsidir.

***

Fikrət Məmmədovu kinostudiyada hər zaman "Fiko" deyə çağırıblar. O, "Axırıncı reys", "Bağlı qapı", "Bayquş gələndə", "Cin mikrorayonda", "Çarə", "Doğma sahillər", "Əlaqə", "Fəryad", "Fırıldaqçı", "Gözbağlıcı", "Gümüşgöl əfsanəsi”, "Güzgü", "Hədiyyə", "İbrət dərsi" və başqa filmlərdə müxtəlif obrazlar canlandırıb. Aktyor "Fəryad" filmindəki Aşot obrazı ilə yaddaşlarda iz qoyub.

2014-cü ildə aktyorun ölüm xəbəri yayılır. Araşdırmalar zamanı məlum olur ki, o, “bomj” həyatı yaşayır. Verilişlərin birinə qonaq kimi dəvət olunan aktyor deyir: “Həyat yoldaşım məni evə buraxmır. Ev mənim adıma olsa da 15 ildir ki, küçələrdəyəm. Hər ikimizin günahı var. Evsiz olduğumdan köhnə evimizin yanında yerləşən parkda qalıram. İndi skamyada yatıram. Qonşular yemək verir. Qəzaya düşmüşəm. Çənəmi sındırmışam. Hər şey cəhənnəm, dişlərimi itirmişəm. Səhnəyə çıxmağa utanıram.”

2018-ci ildə Fikrət Məmmədovun səhhətində ciddi problem yaranır. Hepatit virusuna yoluxan aktyor bir müddət 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") müalicə olunur. Ancaq maddi durumu imkan vermədiyindən lazımi dərmanları ala bilmir və xəstəxanadan çıxmalı olur.

***

Aktyor son olaraq "Ol" teatrında tələbələri ilə birgə çalışmağa başlayıb. Lakin arzuladığı dəstəyi görmədiyindən fəaliyyətini dayandırmağa məcbur olur.

Fikrət Məmmədov "Ata ocağı", "Əks təsirlər" kimi seriallarda rol alsa da, sonradan bu dəvətlərin arası kəsilir. Qazancı kirayə puluna çatmadığı üçün aktyor bir ay paytaxtda fəaliyyət göstərən kompüter klublarından birində gecələməli olub.

Bronxial astma xəstəliyindən də əziyyət çəkən aktyor ötən gün 65 yaşında ömrünün son illərini yaşadığı Bilgəhdə yerləşən “Qocalar evi”ndə vəfat edib.

# 11317 dəfə oxunub

Oxşar xəbərlər

Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

10:00 28 iyul 2026
Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

10:34 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər