Aşıq Ələsgər necə öldü? - Qardaşı oğlunun xatirəsi

Aşıq Ələsgər necə öldü? - Qardaşı oğlunun xatirəsi
9 mart 2021
# 16:54

Kulis.az Aşıq Ələsgərin vəfatı ilə bağlı ustadın qardaşı oğlu Aşıq Nəcəfin xatirəsini təqdim edir.

Qış hələ çıxmamışdısa da hava xoşuydu. Kilsənin günvuran tərəfində söhbət eləyirdik. Birdən qardaşım Bilal gəldi ki, dədəm Bəşiri çağırır. Soruşduq, nə iş var? Dedi, deyəsən dədəm naxoşlayıb.

Hamımız Bəşirnən getdik. Gördük, dədəm ağac çarpayının üstündə əyləşib, mütəkkəyə dirsəklənib, qabağında da bir istəkan çay var. Amma bir az beikefdir.

Bəşir soruşdu:

-Ay dədə, məni neynirdin?

Dədəm dedi:

- Oğul, mən öləcəm. İndi köhnə qurtarıb, təzə də hələ çıxmayıb. Ehtiyatınızı görün ki, qonağın yanında xəcalət olmayasınız.

Hamımız bir-birimizin üzünə baxdıq. Dədəmin nəyi var ki, belə deyir?! Təəccübləndiyimizi biləndə dedi:

- Mənim vaxtım hələ Qanlı kənddə olanda tamam idi. Allahdan aman istədim ki, sən məni əziz yaradıbsan; dünyanın belə dar vaxtında bu qürbət eldə məni urvatsız eləmə. Allahımdan razıyam ki, diləyimi tutdu, bu qədər mana möhlət verdi. İndi o vaxtdan 6-7 il kecir. Hec kəs ölümdən yaxa qurtara bilməz. İndi öz elimin-günümün içindəyəm. Belə ölüm toy-bayramdır.

Image result for Aşıq ələsgər ailəsi

Hərə bir yandan dilləndi:

- Ay dədə, Allaha şükür, sənin nəyin var ki, belə deyirsən?

Dədəm gülümsündü. Bəşir dilləndi:

- Niyə gülürsən? Düz deyirik da!

- Oğul, düz deməyinizə, səhv deməyinizə gülmürəm: ona gülürəm ki, mana ürək-dirək verirsiniz. Öləcəyimi bilməsəm bu sözü hec deməzdim. Siz ehtiyatınızı görün. Ölərəm, ölərəm, ölmərəm ölmərəm…

Dədəmə heç kəs ölümü yaxın tutmasa da, onun vəfat edəcəyinə inandıq. Çünki dədəm nə desə elə də olurdu.

Soraqlaşıb öyrəndik ki, Zərzibil kəndinə (Zər-kənd) satmaq üçün yağ-bal gətiriblər. Növrəs İmanla mən getdik, üç-dörd dəri yağ və bal alıb gətirdik.

Dədəm soruşdu ki, a bala, yağ-balı kimdən aldınız? Dedik, Kəlbəcərdən Hacı Şamməmmədgilin adamları gətirmişdi, onlardan aldıq.

Dədəm dedi:

- A bala, Allah yetirib, onların məhsulu cox təmiz olur.

O günün sabahı dədəmin öləcəyi xəbəri kəndə yayıldı. Qohum-qardaş, tanış-biliş

gəlib ona baş cəkirdi. Dogrudan, dadədəmin əhvalı dəyişmişdi. Çörəyə-xörəyə iştahı yoxuydu.

Murad oğlu Cəmil də dədəmin yanına gəlmişdi. O, Kəlbəcərin Dəmirçidam kəndindən idi. Köçüb Ağkilsəyə gəlmişdi. Bizimlə qonşu idi.

Cəmil cibindən bir nar çıxartdı, dədəmin yastığının yanına qoydu. Məşədi əmim (Məşədi Salah) narı qırıb nəlbəkiyə dənələdi, dədəmin qabağına qoydu. Dədəm xahiş elədi ki, narın dənələrindən burdakılara paylayın. Heç kəs razı olmadı. Dədəm dedi:

- Əgər bilsəm ki, o nar məni bu yoldan qaytaracaq, hec kəsə vermərəm, deyərəm, gedin, yenə tapın gətirin. Allahdan cox razıyam ki, son nəfəsimdə ürəyim istəyəni mana yetirdi. Burdakıların hamısı o nardan dadmasa, mən də dilimə vurmayacam.

Dədəm belə deyəndə, burdakı adamların bəzisi iki, bəzisi bir dənə götürməyə məcbur oldu. Bundan sonra dədəmdə nardan yedi.

Hamı məyus olmuşdu. Dədəm Bəşirə üzünü tutub dedi:

- Oğul, gəlsənə, bir Quran oxuyasan!

Bunun nə demək olduğu aydın idi. Hamının ürəyindən bir sızıltı keçdi. Dədəm bizim narahat olduğumuzu biləndə dedi:

- Diri üçün də Quran lazımdır!

Bəşir Quran oxumağa başladı. Dədəm tez-tez salavat cevirirdi. Məşədi əmim, Məmməd əmim xəlvət-xəlvət ağlayırdılar. Bəşir dədəmin ölümünü yəqin etmişdi. Bir azdan onu da yaş boğdu, qəhərləndi, oxuya bilmədi. Tez Molla Nağını cagırdılar. Molla Nağı yaxın qonşumuz idi. Gəldi. O, bir əşrə Quran oxuyub tamam eləyəndə dədəmin də ömrü tamam oldu. Onun salavat çevirən əli üzündə qaldı.

# 8478 dəfə oxunub

Oxşar xəbərlər

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının  Stalinlə müsahibəsi

"Düşmənlərin öhdəsindən gəlməyin yolu sərt təzyiq siyasətidir..." - Məşhur alman yazıçının Stalinlə müsahibəsi

10:00 17 sentyabr 2026
Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

Qafqaz Türk İslam Ordusunun ilk şəhidləri... - Minəxanım Nuriyeva Təkləli

15:00 16 sentyabr 2026
"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

"Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?

10:00 12 sentyabr 2026
Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

Mir Cəfər Bağırovun 100-cu otaqda qətlə yetirdiyi cümhuriyyət naziri - Gürcü inqilabçı onu niyə qoruyurdu?

12:00 11 sentyabr 2026
"Xatirələrdə yaşayan Əziz Əliyev..."  - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

"Xatirələrdə yaşayan Əziz Əliyev..." - Süleyman Rüstəm və Rəsul Həmzətov onun haqqında nə yazırdı?

10:00 10 sentyabr 2026
Qız məktəbi  açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

Qız məktəbi açmaq üçün imperatora ağız açan mesenat - Ömər Faiq Nemanzadə onun haqqında nə yazırdı?

10:00 1 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər