6 dəfə həbs olunan “gizli Müsavatın üzvü” - O, sürgündən həyat yoldaşına yolladığı məktubda nə yazmışdı?

6 dəfə həbs olunan “gizli Müsavatın üzvü” - O, sürgündən həyat yoldaşına yolladığı məktubda nə yazmışdı?
9 dekabr 2025
# 12:00

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, repressiya qurbanı Cavad bəy Məlik-Yeqanovun anım günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Azərbaycan Cümhuriyyətinin qurucuları sırasında adı çox hallanmasa da, Cavad bəy Rza bəy oğlu Məlik-Yeqanov milli siyasi tariximizin qabaqcıl simalarından birdir.

1878-ci ildə Şuşa qəzasının Tuğ kəndində dünyaya gələn Cavad bəyin ilk müəllimi görkəmli maarifçi Mir Mehdi Xəzani olub. Ev məktəbindən sonra texniki təhsil alan, rus, fars, alman, gürcü və erməni dillərini mükəmməl bilən gənc Məlik-Yeqanov tezliklə Bakıya gəldi.

***

1903-cü ildən neft mədənlərində çalışan Cavad bəyin ictimai fəaliyyətinin ilk mərhələsi inqilabi hərəkatla bağlıdır. Onun dövrün fəhlə təşkilatlarından biri olan "Hümmət"ə qoşulması təsadüfi deyildi: neft mədənlərindəki ağır şərait, köhnə dünyanın sərt qaydaları gənc ziyalını mübarizəyə sövq edirdi. 1909-cu ildə çar hakimiyyətinə qarşı çıxışlarına görə sürgün edildi, amma bu cəza onun yolunu dəyişmədi; o, yenidən Bakıya qayıdaraq öz işinə və mübarizəsinə davam etdi.

1917-ci ildə isə artıq siyasi meydanın tam mərkəzində idi. Müsavat Partiyasına üzv oldu və partiyanın birinci qurultayında fəhlə məsələləri üzrə iş aparmağa başladı. Bu illərdə fəhlə sinfi ilə arasında birbaşa, səmimi, siyasi mənada qopmaz bağ yarandı. Cümhuriyyətin tanınması münasibətilə keçirilən tədbirdə dediyi məşhur sözlər onun dünyagörüşünü açıq şəkildə göstərirdi:

"Elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar."

***

Zaqafqaziya Seyminin müsəlman fraksiyasının üzvü kimi çalışan Məlik-Yeqanov 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü kimi tarixə düşdü. O gün imzaladığı sənəd – İstiqlal Bəyannaməsi – onun siyasi fəaliyyətinin zirvəsi idi. Cavad bəy gənc respublikanın qurucularından biri kimi tanınırdı.

***

Cümhuriyyət dövründə ən çətin bölgələrdən biri Lənkəran idi. 1919-cu ildə Cavad bəyin general-qubernator təyin edilməsi həm etimad, həm də sınaq idi. Denikin qüvvələrinin bölgədə yaratdığı təhdid, Muğanda yaranmış hakimiyyət boşluğu ona tapşırıldı. 1919-cu il avqustun 15-də imzalanan “Muğanın Azərbaycan hakimiyyətini tanıması haqqında barışıq şərtləri” bölgənin sabitləşdirilməsində dönüş nöqtəsi oldu. Bu, həm də Məlik-Yeqanovun dövlət idarəçiliyindəki qətiyyətinin bariz göstəricisi idi.

Elə həmin il Müsavat partiyasının ikinci qurultayında mandat komissiyasının üzvü seçildi, sonra Bakı komitəsində təmsil olundu və Türk Fəhlə Konfransının təşkilatçılarından biri kimi fəhlə hərəkatını siyasi səhnənin önünə çıxardı.

***

Cavad bəyin partiya iclaslarındakı çıxışları onun prinsipiallığını göstərirdi. 1919-cu il dekabrın 8-də Müsavatın dördüncü iclasında partiyanın aqrar və sosial siyasətini açıq şəkildə tənqid etməsi, fəhlə sinfinin ağır vəziyyətini dilə gətirməsi onun müstəqil düşüncə sahibi olduğunu bir daha təsdiqlədi:

"Göstərdikləri vətənpərvərliyə baxmayaraq, onlar heç də yaxşı vəziyyətdə yaşamırlar. Ancaq partiyanın arxasınca gedən, onun çağırışına hər zaman səs verən fəhlə sinfi iqtisadi durumlarının yaxşılaşacaqlarına ümid edirdilər".

***

1920-ci il Aprel işğalından sonra Məlik-Yeqanovun həyatında ağır dövr başladı. O, bir-birinin ardınca altı dəfə həbs edildi. 1931-ci ildə isə “gizli Müsavatın üzvü” kimi 10 illik sürgün qərarı verildi. Uzaq şimaldan həyat yoldaşı Məryəm xanıma yazdığı məktublar onun nə qədər məğrur və vətənpərvər qaldığını göstərirdi:

"…Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm. Həyatımı, varlığımı onlarsız təsəvvür edə bilmirəm."

Sürgün onun ömrünün son ünvanı oldu. 1942-ci ildə kimsəsiz bir sovet düşərgəsində dünyasını dəyişdi. Yalnız 1959-cu ildə, Kareliya MSSR Ali Məhkəməsi onu tam bəraətə layiq gördü.

***

Cavad bəy Məlik-Yeqanovun taleyi XX əsr Azərbaycan tarixinin ən dramatik məqamlarındandır.

Onun ömrü həm də bir həqiqəti təsdiq edir: Azərbaycanın azadlığı uğrunda təkcə generallar və diplomatlar yox, fəhlə sinfinin içindən çıxmış, öz həyatını xalqına həsr etmiş belə şəxslər də mübarizə aparıb.

# 4368 dəfə oxunub

Oxşar xəbərlər

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

16:00 10 oktyabr 2026
"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

14:00 10 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər