Kişinin yataqdakı ölümcül səhvləri

Kişinin yataqdakı ölümcül səhvləri
11 fevral 2013
# 08:00

Yüz qadından soruşduq, saatlarla dərdlərini danışdılar. Nəhayət, ən çox verilən 7 cavabı topladıq.

1. Ana bax, əllərimi buraxa bilirəm. Velosiped sürməyə başlayanda əlləri buraxmaq istedadı, yataqda dəcəlliyə çevrilir. Hələ bəzən əlini belinə qoyan bəylər var. Etməyin, eləməyin. Hamımız sizin Rocco Siffredi olmadığınızı bilirik və buna görə də sizi günahlandıracaq deyilik. Lakin yataqda əliniz, ayağınız, ağzınız, hətta varsa, quyruğunuz da boş dayanmamalıdır.

2. “Şirin dil ilanı yuvasından çıxardar” deyiblər. Qadınlar yataqda arzulandığını bilmək istəyirlər. Şübhəsiz ki, yorğan altında deyilən müxtəlif təriflər istəyi göstərməyin ən yaxşı yoludur. Yetər ki, “şirinim”, “şəkərim” zad deməyin. Hətta mümkündürsə, çılpaq bir qadına kilonu xatırladacaq heç bir söz deməyin. Partnyoruna yataqda “həyatım, çantanı çıxarmamısan?” deyən kişilərədi sözüm: tutduğunuz yol, yol deyil, qardaş. Hələ şeir demək niyyəti ilə, vətən, bayraq mövzusunda bir əsər seçən qardaş, sənin bu yazını oxumadığına əminəm.

3. Tələsən təndirə düşər. Yəqin ki, başa düşdünüz söhbət nədən gedir. Əzizlərim, sinxronluq məhəbbətdə ən vacib olan xüsusiyyətlərdən biridir. Təsəvvür edin ki, çarpayı bir hovuzdur və siz su baleti oynayan bir cütlüksünüz. Xanımınız hələ suya girməmiş sizin səkkiz dəfə o baş, bu başa fırlanıb, suyun dibindən saç rezini çıxartmağınızın nə faydası var, deyilmi?

4. Monotonluq... Uzun müddət eyni şəxslə münasibətlər monotonluğa gətirib çıxara bilər. Bu normaldır. Ancaq tənbəlləşmək olmaz. Sevgilinizin də tənbəlləşməsinə icazə verməyin. Yeni alt paltarları alarsınız, pozaları dəyişərsiniz orası mənlik deyil.

5. Sən soyun, mən köynəklə duracam. Belə şey yoxdur. Ev istidir, yaxud soyuqdur, fəsillərdən qışdır, yaxud yaydır, fərq etməz, qızı soyundurub, özünüzün şəhərdə gəzməyə hazırlaşırmışsınız kimi köynəkdə dayana bilməzsiniz. O corablar çıxacaq!

6. Xəbərsiz gəlmək? Müasir dövrdə çox tez, yaxud çox gec, xəbər vermədən heç hara getmək olmaz. Getdiyiniz yerdə sizdən soruşa bilərlər ki, niyə gəlmisiniz? Eyni şey yataq üçün də keçərlidir. Tez gəlməyiniz təmin olunmamış, gec gəlməyiniz isə əsəbiləşmiş bir partnyor buraxa bilər arxada. Nə vaxt və hansı istiqamətə doğru gələcəyinizi sadə bir cümləylə anlatmağınız, xüsusi əhəmiyyət kəsb etməkdədir.

7. Porno tərzini mənimsəmək. Bir kişiyə yeniyetməlik çağından öyrədiləsi şeylərdən biri odur ki, pornolar real deyil, sadəcə kinodur. Yəni ordakı hərəkətləri yataqda təkrarlamağa cəhd etməyin.

“GQ” jurnalı

# 5916 dəfə oxunub

Oxşar xəbərlər

Buğdanın göyə çəkilməsi -  Murad Köhnəqalanın yeni hekayəsi

Buğdanın göyə çəkilməsi - Murad Köhnəqalanın yeni hekayəsi

10:00 29 iyun 2025
İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

10:00 28 iyun 2025
Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

12:00 27 iyun 2025
Dünyanın 10 möhtəşəm festival və karnavalı

Dünyanın 10 möhtəşəm festival və karnavalı

10:00 27 iyun 2025
Sənə Şuşadan əl yelləyirəm, ana - Ən yaxşı müharibə şeirlərimiz

Sənə Şuşadan əl yelləyirəm, ana - Ən yaxşı müharibə şeirlərimiz

10:00 26 iyun 2025
"Bu hekayə deyil, əhvalatdır..." - Müzakirə

"Bu hekayə deyil, əhvalatdır..." - Müzakirə

15:00 20 iyun 2025
#
#
# # #