Xalq rəssamının sərgisi açılıb

Xalq rəssamının sərgisi açılıb
26 sentyabr 2019
# 10:10

Heydər Əliyev Mərkəzində Xalq rəssamı Fərhad Xəlilovun “Yenidən Bakıda” adlı fərdi sərgisi açılıb.

Açılış mərasimindən əvvəl Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərgisinin belə bir möhtəşəm mərkəzdə nümayişinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. Vurğulayıb ki, bu sərgi onun Bakıda ikinci fərdi sərgisidir. İlk sərgisi on il bundan əvvəl təşkil edilib: “Rusiyada 11 fərdi sərgim açılıb. Bu möhtəşəm mərkəzdə sərgi təşkil etmək böyük məsuliyyət tələb edir. Çünki bura dünyada olan ən böyük, müasir mədəniyyət mərkəzlərindən biridir. Buna görə çox şadam. Sərgidə uşaqlıq, gənclik və müasir dövrdə çəkdiyim əsərlər təqdim edilib. Burada Xocalı faciəsinə həsr etdiyim əsərim də nümayiş olunur. Uzun müddətdir bu mövzu üzərində çalışırdım. Burada istəmişəm ermənilərin vəhşiliklərini dünyaya çatdırım. İnanıram ki, sərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanacaq”.

Müasir incəsənət üzrə mütəxəssis, Müasir İncəsənət Dövlət Mərkəzinin bədii rəhbəri, Rusiyanın Ali İqtisad Məktəbinin professoru Leonid Aleksandroviç Bajanov bildirib ki, bu sərgi daha çox gənclərin marağına səbəb olmalıdır: “Çünki son 50 ilin sənətkarları gənc rəssamların diqqətindən kənarda qalıb. Beləliklə, onların əsərlərinin nümayiş etdirilməməsi ilə biz bir çox bədii yaradıcılıq nümunələrini itirmiş oluruq. Şadam ki, bu sərgi geniş şəkildə təqdim olunur. Rəssamın yaradıcılığı irəlidə çox tamaşaçını gözləyir. O, dünya miqyaslı rəssamdır. Bizim tələbələr onun yaradıcılığına böyük maraq göstərirlər və əsərlərini öyrənirlər".

Rəssam haqqında ancaq onun əsərlərinin danışdığını söyləyən SSRİ Xalq artisti, rejissor, Tbilisidəki Şota Rustaveli adına Dövlət Akademik Teatrının bədii rəhbəri Robert Robertoviç Sturua Xalq rəssamının sərgilərinin dünyanın bir çox ölkələrində uğurla nümayiş olunduğunu diqqətə çatdırıb.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgidə rəssamın 60-a yaxın rəsm əsəri nümayiş olunur. Abşeron təbiətinin vurğunu olan rəssamın tablolarında Buzovna, Mərdəkan, Qala mənzərələri xüsusi incəlik və sevgi ilə əks edilib.

Sərgidə Fərhad Xəlilovun “Görüş”, “Xatirə”, “Torpağın naxışları”, “Gözlənilməz baxış” silsiləsindən təqdim edilən rəsmlərində torpağın, dənizin və səmanın vəhdəti hiss olunur.

Sərgi oktyabrın 25-dək davam edəcək./azertag.az/

# 2549 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər