Prezidentin möhtəşəm məktubu

Prezidentin möhtəşəm məktubu
21 fevral 2013
# 08:15

Kulis.az ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun, oğlunun müəlliminə yazdığı məktubu “Məşhurların məktubları” silsiləsindən təqdim edir.

Hörmətli müəllim,

Oğlumu sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim.

Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Amma hər alçağa qarşı bir qəhrəman, şəxsi mənafeyini güdən siyasətçiyə qarşı isə özünü ölkəsinə fəda etmiş bir lider mütləq var.

Hər düşmənin əvəzinə bir dost mütləq var.

Vaxtınızı alacaq, bilirəm, amma imkan olsa, ona öyrədin ki, qazanılan bir dollar, tapılan 5 dollardan daha dəyərlidir.

İtirməyi də öyrədin ona, həm də qazanmaqdan həzz almağı.

Onu qısqanclıqdan uzağa yönəldin.

Ona səssiz gülüşün sirlərini öyrədin.

Qoyun, zorakılığın zahirən qalib olduğunu öyrənsin.

Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir şey olduğunu öyrədin.

Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin.

Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir.

Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı,

Nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin.

Hamı bir-birindən yapışıb gedəndə, kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma.

Bütün insanlara qulaq asmağı,

Qulaq asdıqlarını həqiqət ələyindən keçirib, ancaq yaxşıları özünə götürməyi,

Bacarsanız, kədərlənəndə belə necə gülə biləcəyini öyrədin ona.

Ağlamağın utandırıcı bir şey olmadığını,

Gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı,

Ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı,

Ulayan insan kütləsinə qulaqlarını tıxamasını,

Və əgər özünün haqlı olduğuna inanırsa, dimdik dayanıb mübarizə aparmağı öyrədin ona.

Ona qarşı mehriban olun, amma qucaqlamayın. Çünki ancaq odun qığılcımı poladı saflaşdırır.

Qoyun, səbirsiz olacaq qədər cəsarətə sahib olsun.

Qoyun, cəsur olacaq qədər səbri olsun. Ona həmişə:

Özünə inanmağı öyrədin.

Beləcə bəşəriyyətə də inamı daim olacaq.

Bu, böyük tələbdir, özünüz baxın, nə qədərini bacararsınız.

Hörmətlə,

Avraam Linkoln

# 6303 dəfə oxunub

Oxşar xəbərlər

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan  "Qraf Orqasın dəfni"

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan "Qraf Orqasın dəfni"

14:30 1 oktyabr 2026
Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

15:00 29 sentyabr 2026
Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi

12:00 29 sentyabr 2026
Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər