"Oğurlamağa mətnlər axtarıram" - Yazıçılarımız nə oxuyur?

"Oğurlamağa mətnlər axtarıram" - Yazıçılarımız nə oxuyur?
13 sentyabr 2022
# 17:00

Kulis.az yazıçılardan soruşur: “Nə oxuyursunuz?”

Seymur Baycan

Son vaxtlar ancaq yerli ədəbiyyat oxuyuram. Oğurlamağa mətnlər axtarıram. Artıq dörd hekayə oğurlamışam. Növbəti kitabımın adı “Oğurluq hekayələr” olacaq.

Şahbaz Xuduoğlu

Şahbaz Xuduoğlu: “Sabir Rüstəmxanlıdan aylarla küsülü qaldım”-MÜSAHİBƏ | |  Xural qəzeti

Baninin "Nami" əsərini bitirmək üzrəyəm. Öz həyatının fonunda neft zənginlərinin həyatını şirin bir dillə yazıb. Bundan əvvəl isə Jon Faulzun "Mantissa" əsərini oxudum. Əsər Yunan mifologiyası üzərində qurulub, çox feminist bir əsərdir.

Rasim Qaraca

Rasim Qaraca — Vikipediya

Hazırda Rəşad Səfərin "Keçilərin Nəğmələri" romanını oxuyuram. Azərbaycan romançılıq ənənələri baxımından bu əsər yeniliklərlə zəngindir. Müəllifin həyatın ən kiçik detallarını görmək və gerçəkliyə nüfuz etmək bacarığını ayrıca qeyd etmək istərdim. Ciddi ədəbiyyat mübahisəsinə zəmin yaradan nadir əsərdir.

Aqşin Yenisey

Ramiz Rövşən, Fikrət Qoca, Aqşin Yenisey – Onlar həm də belə məşhur oldular

Hazırda rumın, fransız və amerikan tarixçisi hesab olunan Mirça Eliadenin "Dəmirçilər və Simyagərlər" kitabını oxuyuram. Kitab dəmirin və simya elminin dövlətin və dinin təkamülündə oynadığı tarixi rolundan bəhs edir. Tarixi faktlarla zəngin bir kitabdır. Kitabı bitirdikdən sonra, yəqin ki, kitab haqqında qeydlərimi yazıb paylaşacağam.

Şəhriyar del Gerani

Şəhriyar del Gerani: “Azərbaycanlılar Qurana inanmır” - Oxu.az

Hasan Baranın İbrahim Tatlısesin həyatından bəhs edən “Ayağında kundura” kitabını oxuyuram. İbrahim Tatlısəsin həyat və yaradıcılığı haqqında dolğun və səhih bir kitabdır. Qələm dostlarımızın təbirincə desək, “dili gözəldir”. Bitirim, o vaxta qədər komputer ala bilsəm, kitab haqqında geniş məqalə ilə çıxış edəcəyəm dövrü mətbuatda.

Cəlil Cavanşir

Cəlil Cavanşir üsyan etdi: “Bizə anormal münasibət göstərirlər”

Hazırda Hans Falladanın "Hər kəs tək ölür" adlı romanını oxuyuram. Roman İkinci Dünya müharibəsində Berlində yaşayan və rejimə etiraz edən ər və arvaddan bəhs edir. Bu romanı təxminən 15 il əvvəl alman dilində oxumuşdum. Əsas məzmununu anlasam da, detalları tam anlaya bilməmişdim. Hazırda Azərbaycan dilində oxuyuram.

Samirə Əşrəf

Yazıçı Samirə Əşrəf kimdir?

Orxan Pamukun “Masumiyyət muzeyi”, Cavid Ramazanovun “Amanabənd” romanlarını oxuyuram. Allah evini yıxsın Pamukun, adam nə qədər çürükçü olarsa, Pamuk da bir o qədərdir. Üstəlik də, başdan ayağa qaramat. Hər dəfə Pamukun bir kitabını oxuyanda, ömrümdən, günümdən gedir. Zülm çəkirəm sözün əsl mənasında. Amma onun nəsri məni maqnit kimi özünə çəkir, zövq verir. Ondan öyrənmək asandır. Özümə söz vermişəm ki, oxumadığım bütün kitablarını oxuyub bitirim. Pamuk sözün əsl mənasında masterdir.

Cavidin kitabından iyirmi səhifə oxumuşam. Obrazlara, xüsusən qadın obrazlara yanaşması maraqlıdır, az kişi yazıçılarda bu xüsusiyyət olur. Qəhrəmanlarının xarakteri zəngindi. Dil də axıcıdır. Cavid yaxşı yazıçıdır demək olar.

Mirmehdi Ağaoğlu

Mirmehdi Ağaoğlunun yeni kitabı təqdim olunacaq

Artıq neçə ildir ki, məndə ənənə halını alıb, yayda mütləq Qabriel Qarsiya Markesin bir əsərini oxuyuram. Bu dəfə də yayın sonunda yadıma düşdü ki, ənənəmi davam etdirməliyəm və Markesin “Şərqi Avropaya səfər” adlı reportajlar toplusunu oxudum. Markes ötən əsrin əllinci illərində hələ jurnalistkən Şərqi Avropaya, oradan isə SSRİ-yə səfər edib və təəssüratlarını bu kitabda toplayıb. Kitabda xeyli maraqlı məqamlar var.

Məsələn, yazıçı İkinci dünya müharibəsindən yeni çıxmış və almanlar pəncəsindən çıxıb rusların əlinə keçmiş Polşanı təsvir edir. İnsanlar yoxsul, pərişandırlar. Amma bununla belə hər yerdə kitab mağazaları var, insanlar avtobusda, yolda, növbədə kitab oxuyurlar... Rusiya haqqında da xeyli diqqətəlayiq müşahidələri var. Düzdür, onların çoxunu keçmiş sovet vətəndaşları kimi bizə tanışdır, amma bir də Latın Amerikasından gəlmiş bir adamın gözündən oxumaq da gözəldir.

Hazırda sırasını gözləyən, oxumaq istədiyim başqa kitablar da var, xüsusən, yerli ədəbiyyatdan. Onları da oxuyum, sonra deyərəm.

Ömər Xəyyam

Çinar at - Ömər Xəyyamdan yeni hekayə

Həmid Herisçinin "Əli Nino - Bakı" əsərini oxuyuram. Həmid ağanın ironik həllərindən zövq alıram. Bu kitabı dərman kimi istifadə edirəm. Hərdən bir qaşıq, iki qaşıq... Başıma çəkmirəm ki, tez bitməsin. Qəşəngdi e. Çox qəşəngdi. Haqqında yazacam. Paralel, bu səhər Cesare Pavesinin "Ay və tonqallar"ına başladım.

Qismət

Qismət Rüstəmov: “Nə Füzuli mənlikdir, nə Mirzə Cəlil, mənimki  Nizamidir...” - BRİFİNQ

Hazırda heç nə oxumuram, planda öz ədəbiyyatımızda son dövrdə yazılan kitabıları oxumaq var: Rəşad Səfərin "Keçilərin nəğməsi", Ayxan Ayvazın "Pəncərəsiz", Ruzigar Ələkbərin "Orion" və s.

# 2406 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #