Nobel laureatı yazıçı Anni Erno kimdir?

Nobel laureatı yazıçı Anni Erno kimdir?
6 oktyabr 2022
# 17:08

Kulis.az 2022-ci il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi Anni Ernonun bioqrafiyasını təqdim edir.

Anni Erno Ədəbiyyat üzrə 2022-ci il Nobel Mükafatının qalibidir. Erno dünyanın ən nüfuzlu mükafatlarından biri olan Nobel mükafatını, əsasən, avtobioqrafik əsərində “şəxsi yaddaşın köklərini, yadlaşmalarını və kollektiv məhdudiyyətlərini aşkara çıxarmaqda göstərdiyi cəsarət və klinik kəskinliyinə görə” qazanıb. Bəs Anni Erno kimdir?

Anni Erno 1 sentyabr 1940-cı ildə Fransanın Lilbon şəhərində, fəhlə ailəsində anadan olub.

O, ədəbi karyerasına 1974-cü ildə “Les Armoires vides” (“Təmizləndi”) avtobioqrafik romanı ilə başlayıb.

1984-cü ildə o, atası ilə münasibətlərindən, Fransanın kiçik bir şəhərciyində böyüyən təcrübələrindən və sonrakı həyatına diqqət çəkən avtobioqrafik povest olan “La Place” (“Yer”) adlı əsərinə görə “Renaudot” mükafatını qazandı.

Karyerasının əvvəllərində Anni avtobioqrafik mətnlər yazmaq üçün bədii ədəbiyyatdan uzaqlaşdı. Onun yaradıcılığı tarixi və fərdi təcrübələri birləşdirir. Ailəsinin sosial inkişafı (La place, La honte), yeniyetməlik illəri (Ce qu'ils disent ou rien), evliliyi (La femme gelée), Şərqi Avropalı kişi ilə ehtiraslı münasibəti (Passion simple), abort (L'événement), alzeymer xəstəliyi (Je ne suis pas sortie de ma nuit), anasının ölümü (Une femme) və döş xərçəngi (L'usage de la photo) onun mövzuları oldu. Həmçinin o, Fredrik-Yves Jennet ilə birgə “Bıçaq qədər kəskin yazmaq” əsərini tamamladı.

“Qadının Hekayəsi”, “Kişinin Məkanı” və “Sadə Ehtiras” “New York Times”ın görkəmli kitabları sırasına daxil oldu. “Qadının hekayəsi” “Los Angeles Times Kitab Mükafatı”nın finalisti oldu.

1998-ci ildə “Utanc” romanı “Publishers Weekly”nin ən yaxşı kitabı, 1999-cu ildə “Qaranlıqda qalıram” “The Washington Post” tərəfindən ən yaxşı xatirat kitabı, “Mülkiyyət” isə “More Magazine” tərəfindən 2008-ci ilin “Ən Yaxşı On Kitabı”ndan biri kimi siyahıya alındı.

Onun 2008-ci ildə yazdığı "Les Années" (İllər) adlı tarixi memuar kitabı fransız tənqidçiləri tərəfindən çox yaxşı qarşılanmışdır. Bu kitabda Erno özü haqqında ilk dəfə üçüncü şəxsdə yazır və İkinci Dünya Müharibəsindən dərhal sonra 2000-ci illərin əvvəllərinə qədər Fransa cəmiyyətinə parlaq bir baxış təqdim edir. Bu, bir qadının və onun yaşadığı inkişaf edən cəmiyyətin təsirli sosial hekayəsidir. 2008-ci ildə “İllər” Fransa akademiyasının “Fransuaza-Mauriak” mükafatını, “Marguerite Duras” mükafatını, “Fransız Dili Mükafatı”nı, 2009-cu ildə isə “Télégramme'” mükafatını qazandı. 2018-ci ildə “İllər” “Premio Hemingway”in də qalibi olub.

Anni Erno 2019-cu ildə isə "İllər" kitabına görə Beynəlxalq Buker Mükafatına namizəd olub.

Onun əsərləri ingilis dilində “Seven Stories Press” tərəfindən nəşr edilir.

# 4699 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər