"Karamazov yox, Qaragözov" - Dostoyevski türk əsillidir?

"Karamazov yox, Qaragözov" - Dostoyevski türk əsillidir?
22 aprel 2025
# 14:00

Kulis.az Firuz Mustafanın "Karamazov, yoxsa Karakozov (Qaragözov)?" yazısını təqdim edir.

Dostoyevski türklərə nifrət etsə də...

Dostoyevski tədqiqatçılarının bir qismi yazıçının məşhur “Karamazov qardaşları” romanından bəhs edərkən əsərin qəhrəmanının (və yaxud əksər qəhrəmanlarının) soyadının “mənşəyini” dəqiqləşdirməyə çalışmışlar. Onların böyük əksəriyyəti əsərin qəhrəmanlarından birinin - Dmitri Karamazovun prototipini də müəyyən etməyə cəhd göstərmişlər. Araşdırıcılarının çoxunun yekdil rəyinə görə, Karamazov, əslində, Karakozovun (Qaragözovun) bədiiləşmiş obrazıdır.

Bəs kimdir Karakozov?

Dmitri Vladimiroviç Karakozov (1840-1866) – Rusiya tarixinin tanınmış simalarından biridir. Adətən, tarixi əsərlərdə onu terrorçu kimi təqdim edirlər. Bunun üçün ortada tutarlı faktlar da var. Belə ki, əvvəlcə Kazan Universitetinin hüquq fakültəsində, sonra Moskva Universitetində təhsil alan və təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəbdən qovulan Karakozov tezliklə inqilabi təşkilata qoşulur.

O, belə hesab edirdi ki, çarın terror yolu ilə aradan götürülməsi inqilabın alovlanmasına güclü təkan ola bilər. Elə bu “ali” məqsədlə - çarı öldürmək üçün, o, yaşadığı əyalətdən - Serdobsk qəzasından Peterburqa gedir.

1866-cı il aprel ayının 4-də o, Yay bağının darvazası ağzında imperator ikinci Aleksandra tapançadan atəş açır. Güllə hədəfə dəymir. Onu həbs edirlər. Haqqında həmin il sentyabr ayının 3-də asılmaqla edam hökmü çıxarılır və hökm icra edilir.

Karakozov (Qaragözov) tatar əsilli inqilabçı idi. Yeri gəlmişkən, Dostoyevski türklərə nifrət etsə də, özü də mənşəcə tatar idi. Onun ulu bası Aslan Çələbi Mirzə 1389-cu ildə Qızıl Ordanı tərk edərək xristanlığı qəbul etmişdi. Moskva knyazı Dmitri Donski onun xaç atası idi.

(Bax: Уйти ото всех. Лев Толстой как русский скиталец (в составе книги «Лев Толстой. Последний дневник». // М.: ИКАР (Изд-во ВК), 2010.

• Родные и близкие (в составе книги «Хроники рода Достоевских») // М.: Фонд Достоевского, 2013.

• Сага о Достоевском (пер. кит. яз.). Пекин. — 2014.

• Последний год Достоевского. М.: Редакция Елены Шубиной, 2017, 780 С.

• Пропавший заговор. Достоевский: дорога на эшафот. М.: Академический проект, 2017.

• Родиться в России. Достоевский: начало начал. М.: Академический проект, 2018. — 749 С...)

Onu da qeyd edək ki, hakimiyyətə gəlmək yollarında terrorizmi istisna etməyən bolşeviklər Karakozovu ilk inqilabçılardan biri hesab etmişlər. Heç də təsadüfi deyildir ki, sovetləşmə mərhələsindən sonra Rusiyanın bir çox şəhərlərində - Penzada, Tulada, Mojayskda, Serdobskda, Krivoy Roqda bir çox küçə və xiyabanlara Dmitri Vladimiroviç Karakozovun adı verilib.

Karakozovun taleyi sizə Dostoyevskinin öz həyatını, daha doğrusu onun ilk gənclik illərini xatırlatmır ki?

Axı 1849-cu ildə sui-qəsddə iştirak edən gənc Fyodor Mixayloviç Dostoyevski haqqında da ölüm hökmü çıxarılmışdı. Sadəcə... çarın “humanist fərmanı” onu edamdan xilas etdi. Və buradaca qeyd edək ki, fərman qüvvəyə minsəydi, gələcəyin daha bir görkəmli yazıçısı hesab edilən Vladimir Nabokovun babası general-admiral, sonralar Rusiyanın Ədliyyə naziri olmuş Dmitri Nabokov hökmü icra edəcəkdi...

Bildiyiniz kimi, əvvəllər terrora üstünlük verən Dostoyevski zaman keçdikcə sosialist ideyalarının amansız düşmənlərindən birinə çevrildi...

Yenə söhbətin əvvəlinə qayıtmaq istəyirəm. Dostoyevskinin əksər tədqiqatçıları terrorçu Karakozovun “fəaliyyətinin” yazıçının yaradıcılığına təsirsiz ötmədiyini yazırlar. Onun təkcə “Karamazov qardaşları” romanında deyil, digər əsərlərində də (“İdiot”, “Qumarbaz” və s.) Karakozovun “inqilabı” və yaxud dağıdıcı fəaliyyətinin “izi” bu və ya digər nüanslarda özünü göstərməkdədir.

# 2594 dəfə oxunub

Oxşar xəbərlər

3 dəqiqə 45 saniyə - Ulucay Akif

3 dəqiqə 45 saniyə - Ulucay Akif

11:35 28 yanvar 2026
1988-ci ilin gizlinləri - Qarabağ hadisələrində nələr baş vermişdi?

1988-ci ilin gizlinləri - Qarabağ hadisələrində nələr baş vermişdi?

10:00 27 yanvar 2026
Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... -  Lənətlənmiş dahinin həyatından faktlar

Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... - Lənətlənmiş dahinin həyatından faktlar

15:00 24 yanvar 2026
Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

10:00 24 yanvar 2026
"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

"Dünya sənin, dünya mənim..." - Hüseynbala Mirələmovun yeni hekayəsi

15:00 23 yanvar 2026
Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

Klassik eposa postmodern baxış - Kamal Abdulla "Dədə Qorqud"un taleyini necə dəyişdi?

14:20 23 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər