Çəkildiyi filmi görə bilməyən aktyorlar - Siyahı

Çəkildiyi filmi görə bilməyən aktyorlar - Siyahı
20 aprel 2025
# 12:00

Bəzi aktyorlara, aktrisalara özlərinin çəkildiyi filmləri görmək qismət olmayıb. Ya film tamamlanmamış, ya da yayımlanmamış vəfat ediblər.

Kulis.az həmin məşhurlardan bəzilərini təqdim edir.


Ceyhun Mirzəyev - "Fəryad" (1993)

Ceyhun Mirzəyevin son quruluş verdiyi filmi “Fəryad” olub. Özü bu filmini görə bilmədi. Amansız ölüm ona imkan vermədi ki, heç olmasa filmin premyerasında iştirak etsin. Studiyada çəkiliş vaxtı özünü pis his edən Ceyhun Mirzəyev evə güclə çatdırılıb. Həmin gün “Fəryad” filmi haqqında hazırlanacaq televiziya proqramında iştirak etməli idi. Amma ikinci dəfə keçirdiyi insult onun ölümünə səbəb oldu.
Nə filmin sonunu, nə də 47 yaşını görən aktyor öz qalibiyyətini “Fəryad”ın timsalında seyr edə bilmədi.



Heath Ledger – "The Dark Knight" (2008) ("Qaranlıq Cəngavər")

Joker rolunda çəkilən Ledger filmin premyerası olmamış vəfat edib və ölümündən sonra Oskar qazanıb.

Paul Walker – "Fast & Furious 7" (2015) - ("Sürətli və Qəzəbli 7")

Paul Volker 2013-cü ildə avtomobil qəzasında həlak olub, lakin filmin çəkilişləri hələ bitməmişdi.

Brandon Lee – "The Crow" (1994) ("Qarğa")

Brandon Li filmin çəkilişi zamanı silahla ehtiyatsız davranmağın qurbanı olub.

Tupac Shakur – "Gang Related" (1997)

Repçi və aktyor Tupak Şakur çəkilişlər bitdikdən sonra 1996-cı ildə ölüb. Filmin nümayişi isə onun ölümündən sonra baş tutub.

James Dean – "Rebel Without a Cause" (1955) ("Səbəbsiz üsyançı")

Ceyms Din 1955-ci ildə avtomobil qəzasında ölüb. Onun məşhur filmlərindən bir neçəsi ölümündən sonra yayımlanıb.

# 2977 dəfə oxunub

Oxşar xəbərlər

Florensiyanın mənəvi atasına vizual elegiya - Bir portretin sirri

Florensiyanın mənəvi atasına vizual elegiya - Bir portretin sirri

13:00 30 iyul 2026
"Ulduzlu gecə", "Kartof yeyənlər" – Vinsent van Qoqun 5 əsəri

"Ulduzlu gecə", "Kartof yeyənlər" – Vinsent van Qoqun 5 əsəri

18:40 29 iyul 2026
Qriqol Abaşidze kimdir? - Stalinin qorxusundan tarixə sığınan yazıçı

Qriqol Abaşidze kimdir? - Stalinin qorxusundan tarixə sığınan yazıçı

18:00 29 iyul 2026
Əsərləri anbara atılan dahi – Barokkonun unudulmuş sənətkarı

Əsərləri anbara atılan dahi – Barokkonun unudulmuş sənətkarı

16:00 29 iyul 2026
"İsa Məsih prezident olsa belə, ora qayıtmaram!" - Amerika Çarli Çaplinə niyə ölkəyə giriş qadağası qoydu?

"İsa Məsih prezident olsa belə, ora qayıtmaram!" - Amerika Çarli Çaplinə niyə ölkəyə giriş qadağası qoydu?

15:00 29 iyul 2026
Sevdiyi qadın üçün 130 mahnı yazdı - Ömrünü ruhi xəstəxanada başa vuran dahi bəstəkar kimdir?

Sevdiyi qadın üçün 130 mahnı yazdı - Ömrünü ruhi xəstəxanada başa vuran dahi bəstəkar kimdir?

14:00 29 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər