"Beşinci sinif şagirdinin inşası səviyyəsində bir mətn" - Hekayə müzakirəsi

"Beşinci sinif şagirdinin inşası səviyyəsində bir mətn" - Hekayə müzakirəsi
14 mart 2024
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Ruzbeh Məmmədin "Kəndin dəlisi" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Sevinc Elsevər:

"Hər kəndin, hər qəsəbənin bir dəlisi olur. Mənim də "Dəli Behi" adında kiçik hekayəm var. Bu sevimli dəlilər haqqında həssas xatirələrimiz var. Əsl dəlilər, həqiqətən, ziyansız adamlardırlar. Həssas, zərərsiz, yaralı. Müəllif bunu gözəl verib. Cinayət törədib adını dəlilik qoyanlara bənzəməz onlar. Ölkədə son baş verən dəhşətli hadisəni nəzərdə tuturam. Gənc qələm adamı lazımi duyğunu yaşada bildi mənə. Təsirləndim. Əsas da budur da. Dəli Cəmili sevdim. Uşaqlıq xatirəmdəki dəli Behiyə oxşatdım. Kədərli idi".

Orxan Həsəni:

"Beşinci sinif şagirdinin inşası səviyyəsində bir mətn. Hekayə çox zəif idi. Əlavə nəsə deməyəcəm".

Rəvan Cavid:

"Keçən əsrin əvvəllərindən üzü bəri istənilən hekayə kitabının içində eyni mövzuda, eyni təhkiyədə, eyni üslubda, ən az, bir hekayə var. Hekayənin köhnəliyi dursun bir qırağa, ruh yoxdu. Elə bil, cümlələr ölüb hamısı, sən də oxuduqca leşlərə baxıb keçirsən. Ümid edirəm, müəllif daha yaxşı, daha yeni mətnlər yazar. Uğurlar!".

Təvəkkül Boysunar:

"Bu hekayəni Sovet dövründə çap edilmiş hansısa yerli ədəbiyyat antologiyasına qoysalar, onu oxuyan bircə adam da deməz ki, yox, bu hekayə sanki başqa bir dövrdə, çox sonralar - XXI əsrdə yazılıb. Müəllif dəli Cəmilin taleyi haqqında məlumatlar verir, təsvir edir, lakin bu məlumat və təsvirlər kifayət qədər təsiredici və ya nüfuzedici olmur. Mətnin qısa olması müsbət xüsusiyyətlərindən biri idi. Müəllifə uğur arzulayıram".

Furqan:

"Hekayəni iki dəfə oxudum. Məni heç bir tərəfi ilə özünə çəkə bilmədi. Ruzbeh mənim qədim dostumdur, amma bu o demək deyil ki, hekayəni tərifləyəcəm. Hekayənin mövzusu köhnədi. Yenilik yoxdu. Cümlələri səliqəsizdi, dağınıqdı. Yazanda çox tələsib. O da hiss olunur ki, Ruzbeh nəsr oxumur, ya da çox az oxuyur. Çox nəsr oxumağını istəyərdim. Gözəl şeirləri var, gözəl hekayələr də yaza bilər. Bu hekayəni də bəyənənlər olacaq, sonluğun kədərli bitməsi oxucuları təsirləndirə bilər".

# 2943 dəfə oxunub

Oxşar xəbərlər

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

10:00 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər