Vaxt darlığında oxumaq üçün nə etməli?

Vaxt darlığında oxumaq üçün nə etməli?
16 iyun 2020
# 21:02

“Kitablar ən yaxşı sirr saxlamağı bacaran və ən etibarlı dostlardır, onlar ən müdrik məsləhətlər verəndirlər, onlar ən səbirli müəllimlərdir”.

Ç.U.Eliot

Yəqin ki, aramızda hər kəs nə vaxtsa öz-özünə "daha çox kitab oxumalıyam" demisiniz. Yaxşı valideyn, dost, əməkdaş, müdir, yazıçı, müəllim olmaq üçün çox kitab oxumalı olduğumuzun fərqinə varırıq. İşdən evə yorğun qayıdırsınız, yemək yeyirsiniz, sonra bir az dincəlmək üçün TV-ni açırsınız, sonra Facebooka girirsiniz və yatmaq zamanı gəldiyini anlayanda oxumaq üçün vaxt qalmadığını dərk edirsiniz. Müasir insanın həyatında oxumaq üçün vaxt çatışmazlığı özünü göstərir. Ancaq narahat olmayın. Siz tək deyilsiniz. Amerikada aparılmış son sorğulardan bəlli olur ki, yetkin insanların yarısı il ərzində 5, yaxud daha az kitab oxuyublar.

Daha çox kitab oxumaq üçün bir neçə məsləhəti təqdim edirik.

- Həmişə özünüzlə kitab gəzdirin. Bu zaman hardasa başınızı qatmaq üçün telefonla oynamaq məcburiyyətində qalmayacaqsınız. Beləliklə, oxuduğunuz kitabların sayı artacaq.

- Yatmazdan qabaq kitab oxumaq üçün vaxt ayırın. Yuxuya getməmişdən 10-15 dəqiqə qabaq kitab oxumaq həm də rahat yatmağınıza səbəb olacaq.

- Yaxşı dincəlin. Sizə elə gələ bilər ki, bu məsləhətin bura dəxli yoxdur. Amma təsəvvür edin ki, metroda, avtobusda 5 dəqiqə yatmaq əvəzinə nəsə oxuya bilərsiniz. Ona görə evdə doyunca yatmaq lazımdır.

- Kitab oxumaq üçün elektron cihazlardan istifadə edin. Qiyməti elə də baha deyil. Burda şriftin ölçüsünü özünüz seçə bilərsiniz, mətnin müəyyən hissəsini seçərək göndərə bilərsniz, işarələyə bilərsiniz. Elektron kitabları hətta avtobusda ayaq üstə gedərkən də oxumaq olar. Çünki bir əllə tutmaq mümkündür.

- Paralel olaraq bir neçə kitab oxumayın. Eyni zamanda yalnız bir kitab oxumaqla siz onun ləzzətini daha çox çıxaracaqsınız, həmçinin diqqətinizi cəmləməkdə köməkçi olur.

- Tualetdə oxuyun. Adam var ki, unitazın üstündə 5-10 dəqiqə vaxt keçirir. Bu vaxtı səmərəli istifadə edin.

- Oxumaq istədiyiniz kitabların siyahısını yazın. Vaxtaşırı bu siyahıya baxmaqla almalı olduğunu kitabları da xatırlayacaqsınız.

# 5596 dəfə oxunub

Oxşar xəbərlər

Sənətkarlar parazitdir, şairləri şəhərdən qovun... - Dahi, yoxsa diktator?

Sənətkarlar parazitdir, şairləri şəhərdən qovun... - Dahi, yoxsa diktator?

15:00 1 fevral 2026
Ərindən bir köynək yaxınam sənə... - Firidun Ağazadənin yeni şeirləri

Ərindən bir köynək yaxınam sənə... - Firidun Ağazadənin yeni şeirləri

12:00 1 fevral 2026
"Mənə elə arvad verin ki... " – Çexov necə qadın istəyirdi?

"Mənə elə arvad verin ki... " – Çexov necə qadın istəyirdi?

15:00 29 yanvar 2026
Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

10:00 29 yanvar 2026
"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

16:30 28 yanvar 2026
"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

14:00 28 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər