Faransada yaşayan türk yazarın kitabı Azərbaycan dilində

Faransada yaşayan türk yazarın kitabı Azərbaycan dilində
8 dekabr 2020
# 18:37

Fransada yaşayan Türkiyəli yazar Rahime Sarıçelikin hekayələr kitabı Azərbaycan dilində yayımlanıb.

Kulis.azın verdiyi xəbərə görə, “Alatoran” yayınlarında çıxan kitab bir sıra özəlliyi ilə seçilir.

Rahime Sarıçelik, Fransa və Türkiyə arasında cərəyan edən “Kimliksiz hekayələr” kitabında, toplumsal cinsiyyət qavramını, həyatı mühakimə edir. Qəhrəmanlar, ənənələrə alışa bilməyən hər kəs kimi, hər cür qəbuletmənin dışında yaşayır. Bir hekayədən digərinə öz yoluna işıq saçmaqdan qalmayıb, yenidən özünü var etmənin fərqli formalarını yaradır..

"Cəhənnəm başqalarıdır,” deyərkən J.P. Sartr qadınların sürəkli ağlından keçən o meşhur sözü düşünmüşdümü görəsən? “Başqaları nə deyər?” Başqaları, ən çox da qadınlar üçün cəhənnəm deyilmidir? Özünə bəxş edilmiş həyatı rədd edən, dəliliyin sərhədlərində gəzinən qadınlar necə varlı olduqlarının fərqinə vararlar elə olarsa.

“Aid olmaq, uydurulmuş bir sərsəmləmədir” İçindəki dəliyə qulaq as, xoşbəxt deyilsənsə bil ki yollarınız ayrılmışdır. Kim bilir, bəlkə yenidən qovuşmanın tam zamanı elə indidir. İçindəki dəlinin, kimliyinin, kim olduğunun, var olub olmadığının zamanı. Bir nəfəs verib alıncaya qədər, bədəli nə olursa olsun... Bir qadın, bir kişi ya da bir əngəlli, kim olursan ol, içindəki dəlidən, özündən, ruhundan uzaqlara düşmə. Çünki sevgisız yaşamaq ölmək kimidir, ölü bir bədəndə ruhun nə işi var ki...

Həyatın qanunlarına, acımasızlığına, ənənəvi yanaşmaya ədəbiyyatın sadəlövh diliylə qarşı çıxmaqdadır yazar, bəzən coşqulu, bəzən də utanaraq. Qadın olmanın, özünü əksik hiss etmənin utancını, dilsizliyini əks etdirir hekayələrində. İçlərində gizli tutduqları nəhəng xəzinənin fərqində olaraq.

Kitab Alatoran nəşriyyatında çapdan çıxıb. Hekayələri Türkcədən Fidan Müşfiq və Şərif Ağayar tərcümə edib.

Xatərladaq ki, müəllifin kitabda gedən bir neçə hekayəsi saytımızda yayımlanıb.

# 3487 dəfə oxunub

Oxşar xəbərlər

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Qəbulə xanım  Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

Qəbulə xanım Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

10:00 26 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər