Azərbaycan nəsrində hadisə - Siyavuş Məmmədzadə yazır...

Azərbaycan nəsrində hadisə - Siyavuş Məmmədzadə yazır...
20 fevral 2021
# 11:41

Kulis.az şair-tərcüməçi Siyavuş Məmmədzadənin heç yerdə yayımlanmayan “Azərbaycan nəsrində hadisə - Don Juan” yazısını təqdim edir.

İmkan daxilində, həm də tərcüməçi peşəmlə əlaqədar olaraq, 90-cı illərin əvvəllərindən Elçin Hüseynbəylinin yaradıcılığını izləyirəm. Artıq ötən əsrdə qalmış həmin illərdə Elçinin hekayələrini “Literaturnı Azerbaydjan” jurnalı üçün tərcümə edirdim və onlardakı səmimilik, düşüncə prosesi, detallarla işləmək bacarığı xoşuma gəlirdi. Bütün bunlar isə peşəkar nəsr üçün vacibdir.

Sonralar onun “Yovşan qağayılar”, “Balıq adam” romanlarını rus dilinə çevirdim. Bu əsərlərdə Elçin Hüseynbəyli nəsrinin metaforikliyi, fantaziya qarışıq gerçək süjeti məni cəlb elədi.

Image result for elçin hüseynbəyli

Bir müddət sonra isə orta əsərlərdə I Şah Abbasın diplomatik missiyanın tərkibində Batıya, İspaniyaya göndərdiyi Oruc Bəy Bayatın həyatından bəhs edən “On üçüncü Həvari - 141-ci Don Juan” romanını da rus dilinə tərcümə elədim.

Bu ekzotik süjet cavan romançıya parlaq imkanlar verirdi ki, Orta əsr Qərbinin rəngarəng və koloritli panoramını, əsrin hiyləgər və fitnəkar aurasını yarada bilsin.

Əlbəttə, bütün bunlar qırmızı xətt kimi əsərin baş qəhrəmanı Oruc bəy Bayatın (Bu tayfa bizim tariximizdə xüsusi yer tutur, həm də İrakda yaşamış məhşur şairimiz Məhəmməd Füzulinin bu tayfa ilə genetik bağlılığı var ) taleyindən keçir. Vacib bir missiyanın Oruc bəyə tapşırılması onun qeyri-adi şəxsiyyət olduğundan xəbər verir.

Image result for Don juan roman

Bunu ispan şairlərinin Oruc bəyə həsr etdiyi çoxsaylı sonetlər də təsdiq edir. (Bu lirik odalar “İranlı Oruc bəy Bayatın əlaqələri” adlı kitabda da var. Kitab 1988-ci ildə “Yazıçı” nəşriyyatında çap olunub).

Bakıda nəşr olunmuş bu kitab ingilis dilindən tərcümə edilib. London nəşri isə öz növbəsində ispan dilindən tərcümədir. “İranlı Don Xuanın əlaqələri” kitabı 1604-cü ildə İspaniya Krallığının ozamankı paytaxtı Valyadoliddə basılıb.

Elçin öz əsərini orta əsrlər qəhrəmanının ardınca gedərək yazır və gözəl hekayət ustası olduğunu təsdiqləyir. O, öz axtarışları arxasınca gedərkən İsfəhan, Qəzvin, Ərdəbil, Təbriz, Ənzəli (İran), Valyadolid, Madrid, Valensiya (İspaniya) kimi şəhərlərdə olur.

Bir oxucu və tərcüməçi kimi bizim yazıçının İspaniyadakı bələdçisi Qayde obrazı mənim üçün sirli qaldı. Əsərə özünəməxsus, lirik səmimilik qatan, müəllifin bir az da ironiya ilə yanaşdığı belə bir personaj olmuşdumu, yoxsa yazıçının uydurmasıydı?

Azərbaycan nəşrlərində “iranlı” (fars) kimi qələmə verilən, əslində isə Azərbaycan türkü, diplomatı, şairi olan Oruc bəy haqqındakı bu roman nəsrimizdə hadisədir.

Mən heç nəyi şişirtmədən onun yazı manerasını “Rus Düması” sayılan Valentin Pikulun ən yaxşı əsərlərilə müqayisə edərdim.

2008

Ruscadan çevirdi: Dürdanə İbrahimova

# 3320 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər