İsgəndər Pala ölkəmizə gəlir

İsgəndər Pala ölkəmizə gəlir
13 sentyabr 2012
# 09:53
“Babildə ölüm, İstanbulda eşq”, “Şah və Sultan”, “Od” və bir çox başqa məşhur romanların müəllifi İsgəndər Pala sentyabr ayının 16-dan 19-dək Bakıda səfərdə olacaq. “Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayevanın dəvəti və təşkilatçılığı ilə baş tutan səfər yazıçının respublikamıza ilk gəlişidir.

İsgəndər Palanın “Od” romanının Azərbaycan dilinə uyğunlaşdırılaraq çapını həyata keçirən “Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi yazıçının səfəri ilə bağlı zəngin proqram tərtib edib. Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edəcək yazıçı, həmçinin şəhərin başqa tarixi yerləri, o cümlədən muzeylərlə tanış olacaq, bir sıra mühüm görüşlər keçirəcək.

Ayın 17-də Odlar Yurdu Universitetində professor-müəllim heyəti və tələbələrlə görüşən türkiyəli yazıçıya bu universitetin “fəxri doktorluq” adı təqdim olunacaq. Görüşdə yazıçı öz əsərləri və yaradıcılıq planları barədə danışacaq, ona ünvanlanacaq sualları cavablandıracaq. Sonra Milli Məclisə gedəcək yazıçı burada Milli Məclis üzvü olan ədəbiyyat, mədəniyyət, elm xadimləri və habelə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşəcək.

Axşam Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “İsgəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi” keçiriləcək. Burada oxucular yazıçıya onları maraqlandıran suallarla müraciət edəcək, habelə arzu edənlər Azərbaycanda yenicə işıq üzü görmüş və həmin gün teatrın girişində satışı təşkil olunacaq “Od” romanını əldə edərək müəllifə imzalada biləcəklər.

Ayın 18-də Azərbaycanda Atatürk Mərkəzinin sədri, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərovla görüş, Mərkəzdə “Ortaq Türk tarixi və kültürü: yeni dövrün çağırışları və yazarların, tarixçilərin, aydınların üzərinə düşən vəzifələr” mövzusunda konfransın keçirilməsi və bir neçə ictimai təşkilat tərəfindən İsgəndər Palaya ödül təqdim edilməsi nəzərdə tutulub.

Həmin gün Azərbaycan Yazıçılar Birliyində yazıçılarla, ədəbi ictimaiyyətin nümayəndələri ilə görüşən yazıçının, ardından Baş nazirin müavini, Xalq yazıçısı Elçinlə görüşü və Əlyazmalar İnstitutunu ziyarət etməsi də nəzərdə tutulub. Türkiyəli yazıçı Bakıda olduğu müddətdə İşərişəhər, Qobustan və Atəşgahı da ziyarət edəcək. Qeyd edək ki, İsgəndər Palanın aparıcı media orqanlarında çıxışı, jurnalistlər üçün brifinqi də nəzərdə tutulub.

Modern.az
# 1625 dəfə oxunub

Oxşar xəbərlər

O niyə "xalq düşməni" kimi damğalanmışdı? - Nargin adasında güllələnən millət vəkili

O niyə "xalq düşməni" kimi damğalanmışdı? - Nargin adasında güllələnən millət vəkili

12:20 12 iyun 2025
“Ey Vidadi, gərdişi-dövrani- “Ovod”a bax” - Mirmehdi Ağaoğlu

“Ey Vidadi, gərdişi-dövrani- “Ovod”a bax” - Mirmehdi Ağaoğlu

12:00 10 iyun 2025
Freyd, “bakılı milləti” və “qazaxşina” - Bakıdakı gizli cəmiyyətin məqsədi nə idi?

Freyd, “bakılı milləti” və “qazaxşina” - Bakıdakı gizli cəmiyyətin məqsədi nə idi?

12:00 7 iyun 2025
Öpüşmək - Orhan Pamuk

Öpüşmək - Orhan Pamuk

09:00 7 iyun 2025
Əsirlikdən qaçan dahi - Ona niyə fotojurnalistikanın "ata"sı deyirdilər?

Əsirlikdən qaçan dahi - Ona niyə fotojurnalistikanın "ata"sı deyirdilər?

09:00 6 iyun 2025
"Danışanda böyük ədəbiyyat çağırışları edirlər..." - Polemika

"Danışanda böyük ədəbiyyat çağırışları edirlər..." - Polemika

10:40 4 iyun 2025
#
#
# # #