Qadını çılpaq pozaya razı salmaq

Qadını çılpaq pozaya razı salmaq
12 sentyabr 2012
# 11:00
Fransalı psixoloqlar son illər manyaklarla bağlı müəyyən araşdırmalar aparırlar. Psixoloqlara görə manyaklıq qadından öz zövqü naminə istifadə etmək arzusudur. Sizə manyaklarla bağlı faydalı məlumatlar verəcəyəm.

28 yaşlı qadın

28 yaşlı qadın fotoqrafla tanış olub. Fotoqraf qadını çılpaq vəziyyətdə poza verməyə razı salıb. Necə razı salıb? Razı salmaq üçün bu sözləri söyləyib: “Bu təcrübə sənin özünə inamını artıracaq. Özünə hörmət etməyi öyrədəcək”. Həqiqətən beləmi oldu? Yox... Əksinə, qadın indi bədənindən iyrənir. O, qadınla qadın kimi rəftar etməyən manyakın əlinə düşüb.

26 yaşlı qadın

26 yaşlı qadın işdən ayrılmaq məcburiyyətində qalıb. Səbəb bu olub: qadının müdiri onun gördüyü işi bəyənmirmiş. Qadına bacara bilmədiyi işlər tapşırırmış. Hamının qarşısında qadına, tualetdə çox zaman keçirdiyini söyləyirmiş. Bu müdirin manyak olmağı dəqiqdir.

53 yaşlı qadın

53 yaşlı qadın qonşusu ilə evlənib. Əri daima ona qulluq edirmiş. 15 il evli olduqdan sonra ayrılıblar. Ayrılıq səbəbi: onun nazını çəkən əri bir müddət sonra təhqir və lağ edən, hətta döyən adam əvəz edib. Kimdir bu kişilər? Fransada nəşr olunan “Psychologies Magazine” jurnalında bu kişilərin üçü də “manyak” adlandırılıb...

Ancaq kişilər manyak ola bilər? Qadınlar manyak ola bilməz?

Məncə fransalı psixoloqlar, işin zayını çıxardıblar. Manyaklığı ancaq kişiyə xas bir cəhət kimi göstərirlər. Diqqət yetirdim, kişinin hegemoniyası altına alan qadın nümunəsi göstərmirlər. Manyaklıq anlayışını elə genişləndiriblər ki, özümü də asanlıqla manyak kateqoriyasına aid edə bilərəm. Bəlağətli desəm, Allah, kişilərə qadınlara yuxarıdan baxmaq, təsir altına almaq bacarığı verib... Ətrafımda sadaladıqlarıma aid o qədər çox nümunə var ki... İndi hamı manyakdır?

Nəticə: özünüzü necə qorumalı?

Jurnaldakı yazının sonunda belə yazılıb: Paranoyaya qapılmayın, kişiyə baxan zaman manyak olduğunu düşünməyin. İlk görüşdəcə qorxmayın və ilk görüşdə, sözlərinə, təriflərinə baxıb, insana dərhal manyak damğası yapışdırmayın.

Birinci münasibətdə olduğunuz kişi manyakdırsa, ikinci dəfə münasibətdə də olduğunuz insan hökmən manyak olacaq fikrini özünüzdən uzaq tutun.

“Yox” demək azadlığı. Yaddan çıxartmayın ki, manyaka qarşı silahsız deyilsiniz. Hər an ona “yox” demək azadlığınız var. Mənim xüsusi qeydim: Mən kişiyəm və həyatım boyu bir qadını nəinki hakimiyyətim altına aldım, hər zaman bir qadının hegemoniyası altında yaşadım. Sözün düzü, heç şikayətim də yoxdur...

Faydalı məlumatlar 2

Manyak sizi necə tələyə sala bilər?

Manyaklar həyəcanlı olmurlar. Ətrafında olan insanlarla nadir hallarda danışırlar. Çünki hər şeyi bildiklərinə əmindirlər.

Atdıqları ilk addım, qarşısındakı insanların ağlını başından almaqdır. Məhrəm dünyanıza aid söhbətlərə girmək üzrə əla bacarıqları var.

Manyak danışaraq təsir etmək bacarığı hesabına qarşısındakı qadının incə hisslərinə toxunub təsiri altına salır.

Manyakın qurbanını necə tanıya bilərsiniz?

Çox sadə: Tələyə düşmüş qadın özündən utanır.

Qarşısındakı insana necə rahat təsir edirlər?

Bunu bir nümunəylə izah edim. Qadının 50 yaşı var və o, futbolçu ilə yaşayır. Futbolçu özündən arxayındır və xarizmatikdir. Özünü mükəmməl kişi kimi təqdim etməyi bacarır... Məsələn, burjua dəyərlərini təhqir edir. Futbolçu üçün çalışmaq iyrənc bir şeydir. Nəzakət, sədaqət kimi dəyərləri daima ələ salır. Qadını “cool” (soyuq) ədası ilə təsir altına alaraq onu zombi, yəni yaşayan ölüyə çevirə bilər.
# 4612 dəfə oxunub

Oxşar xəbərlər

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

10:00 7 fevral 2026
Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

15:00 6 fevral 2026
"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

15:24 5 fevral 2026
Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda  adı hallanan məşhur sənətçilər kimlərdir?

Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda adı hallanan məşhur sənətçilər kimlərdir?

12:02 5 fevral 2026
Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

10:00 5 fevral 2026
Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

15:00 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər