Kapitalizm subay qalmağınızı istəyir

Kapitalizm subay qalmağınızı istəyir
5 sentyabr 2012
# 06:00
“Subaylıq sultanlıqdır” deyib qələt etmədik ki. Olmaya, bu, hamımızın sonunu hazırlayan bir plandır? Bəlkə son dövrlərdə bütün dünyada gündəmi zəbt edən fərdiləşmə əslində kapitalizmin yeni bir istehlak modeli yaratmaq adıyla bizə sırımaq istədiyi bir ideyadır? Belədirsə, o halda bu fikir real həyatda qadın-kişi münasibətlərini necə tənzimləyir? Fərdiliyi təbliğ edən kapitalizm hamımızın yalnız, subay qalmağını istəyir?

Ötən əsrin 60-cı illərinə, hətta bir az da əvvələ, 50-ci illərə nəzər salsaq, bəzi məqamları daha yaxşı anlaya bilərik. 50-ci illər ailənin böyük əhəmiyyət daşıdığı, hara baxsaq, xoşbəxt cütlüklərin dolaşdığını gördüyümüz bir dövr idi. Ta 60-cı illərə qədər... O illərdən etibarən “subay olmaq” populyarlaşdı. Belə bir deyim yarandı: “subaylıq sultanlıqdır”. Bu şəkildə yaşamağa başladıq. Artıq qadın və ya kişi, fərq etməz, hər kəs müstəqil olmalı idi. Ailə qurmaq, evdə kişinin yolunu gözləmək, qadının ev işlərini sahmana salması və ərin evi dolandırmaq üçün işləməsi kimi ənənələrdən birdəfəlik imtina edilməliydi.

Bu köklü dəyişikliyin təsirini bu gün də yaşamaqdayıq. Rəqəmlər bunun bariz nümunəsidir. Modern iqtisadiyyatda subayların alış-verişi ayrıca bir araşdırma mövzusudur. Bu gün subay bir kişi dörd nəfərlik bir ailə ilə müqayisədə 43 faiz çox ərzaq alır, 55 faiz çox elektrik və 61 faiz çox təbii qazdan istifadə edir.

25-34 yaş arasındakı subayaların sayı evlilərlə müqayisədə 46 faiz çoxdur. Və təbii ki, boşanmalar, tənha yaşayan insanlar; onlar bu qoca canavarı bəsləyən qan damarlarıdır. Bu, iki ayrı ev, iki ayrı paltaryuyan maşın, iki televizor, hətta iki maşın deməkdir. Reklam birjalarının da əsas hədəf qrupu subaylar, tənha yaşayan, boşanmış insanlardır. Tək adamın istifadəsi üçün hər şey var. Bir sözlə, subaylar üçün imkanlar çoxdur.

Qısası, istehlak dünyası sizi subay ikən daha çox sevir; buna görə də subaylıq azadlıq kimi təbliğ edilir. 60-ci illərdə hər kəs o qədər tənhalaşdı, yalqızlaşdı ki, çiynini kiminsə çiyninə söykəmək, gələcəyə dair planlar qurmaq, hətta uşaq sahibi olmaq belə bizə problem kimi görünür.


# 2295 dəfə oxunub

Oxşar xəbərlər

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

10:00 7 fevral 2026
Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

15:00 6 fevral 2026
"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

15:24 5 fevral 2026
Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda  adı hallanan məşhur sənətçilər kimlərdir?

Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda adı hallanan məşhur sənətçilər kimlərdir?

12:02 5 fevral 2026
Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

10:00 5 fevral 2026
Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

15:00 4 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər