Mona Lizanın gülüşü yerin altında axtarılacaq.

Mona Lizanın gülüşü yerin altında axtarılacaq.
12 aprel 2011
# 11:01
Mona Lizanın sirrinin açılmasına cəhdlər davam edir. Kimisi şəkildəkinin elə Leonardo da Vinçinin özünün olduğunu, kimisi Da Vinçinin qonşusunun modellik etdiyi deyir.

Kulis.az “Cümhuriyyət”-qəzetinə istinadən verdiyi xəbərə görə, alimlər daha bir araşdırmaya başlayıb. Belə ki, Mona Liza olaraq çəkildiyi ehtimal olunan Liza Gerardininin məzarı və sümükləri tədqiq olunacaq.

Bəs Liza Gerardini kimdir? O, florensiyalı tacir Fransesko del Cokondanın həyat yoldaşı olub. Ərinin ölümündən sonra kilsədə yaşamağa başlayıb. Elə sözü gedən araşdırmalar da Florensiyadakı Müqəddəs Orsola kilsəsində aparılacaq.

Onun meyidinin yerini müəyyənləşdirmək isə asan olmayacaq. O vaxtlar kilsədə yaşayanların meyidləri kilsənin altında basdırılırmış. 1980-ci ildə isə həmin kilsədə təmir aparılıb. 2010-cu ildə tədqiqat aparan ingilis jurnalist təmir zamanı bəzi meyidlərin kilsədən çıxarıldığını iddia edir. Bəlkə elə Cokondanın da meyidi onların arasında olub?

Alimlər Romada mətbuat konfransı keçiriblər. Onlar Lizanın müasiri sayılan rəssam, yazar, tarixçi və memar Corcio Vasarinin əsərlərinə də müraciət ediblər. Corcio Vasari Liza Gerardini barəsində yazan ilk tarixçi olub.

Tədqiqatçılar Liza adlı birinin yaşayıb-yaşamamağı barədə də araşdırma aparıblar. Liza haqqında məlumata təkcə Vasarinin deyil, digər florensiyalı tədqiqatçı Cuzeppe Pallantinin də arxivində rast gəliblər. Cuzeppe Pallatini Lizanın intibah dövrü Florensiyasında 1540-cı illərdə yaşadığını yazıb.

Pallantinin arxivində Müqəddər Orsola kilsəsi haqqında məlumatlara da rast gəlinib. O, bu kilsənin 1810-cu ilə qədər kilsə, 1810-cu ildən sonra tütün anbarı olaraq fəaliyyət göstərdiyini yazıb. 1940-cı illərdə müharibədən xeyli dərəcədə zərər çəkən kilsə artıq tamamilə kimsəsiz yerə dönüb.
# 2734 dəfə oxunub

Oxşar xəbərlər

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan  "Qraf Orqasın dəfni"

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan "Qraf Orqasın dəfni"

14:30 1 oktyabr 2026
Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

15:00 29 sentyabr 2026
Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi

12:00 29 sentyabr 2026
Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

“Dodaqların səninçün öpülməmiş saxlaya” - İlkin Naibin yeni şeirləri

15:00 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər