Gözəl günlər gələcək! - Günün şeiri

Alik Əlioğlu

Alik Əlioğlu

4 noyabr 2022
# 11:20

Kulis.az Günün şeiri layihəsindən Alik Əlioğlunun yeni şeirini təqdim edir.

Qatar səsilə xatırladığım
O kasıb kənddə
Tez-tez sönərdi işıqlar.
Və ən çox uşaqlar
Sevinərdi işığın yanmağına.
"İşıq gəldi, işıq gəldi,
İşıqları yandırın artıq"
Qışqıraraq küçə boyu qaçışardıq.
Zavod siqnal verərdi
Saatın hər vaxtını,
Nənəm təsbehdən bilərdi
Axşamın şər vaxtını.
Göy yerə yaxın idi...
Əvvəl böyük əmim,
Sonra atam, sonra o biri əmim öldü.
Sonra da bibimi yola saldım.
O biri bibim ağladı:
"Mən daha tək qaldım..."
Bütün qalan adamlar da
Harasa köçüb getdilər.
Göy yerdən uzaqlaşdı.
İndi işıq sönmür deyə,
Uşaqlar əylənə bilmir
Qatarlar keçir, amma
Səsləri eşidilmir.
Dostlar elə dağıldı,
Doğmalar elə getdi,
Kimin dalınca baxasan,
Hansını səsləyəsən,
Hansını axtarasan.
Onda şər vaxtı deyildi,
Təbiət səsli idi.
İt vaxtında hürürdü,
Vaxtında açırdı çiçək.
Nənəm təsbehdən bilirdi
Atam nə vaxt gələcək.
Atamın gəlişi
Mandarin qoxuluydu.
İndi mən də atayam,
Mandarinlər qoxusuz.
İndi atalar yorğun
Atalar indi yuxusuz,
Sizə çəkmə alacam,
Bir də hamınıza əlcək.
Uşaqlar, qar yağacaq,
Gözəl günlər gələcək!

# 1210 dəfə oxunub

Oxşar xəbərlər

Sən mənim eşq adlı dəliliyimsən – Rüstəm Behrudidən seçmə şeirlər

Sən mənim eşq adlı dəliliyimsən – Rüstəm Behrudidən seçmə şeirlər

16:00 27 yanvar 2023
İki adam qovuşur hər axşam - Səddam Laçının yeni şeirləri

İki adam qovuşur hər axşam - Səddam Laçının yeni şeirləri

13:00 21 yanvar 2023
Bəlkə də, dünyada qar adamı var - Günün şeiri

Bəlkə də, dünyada qar adamı var - Günün şeiri

10:30 9 yanvar 2023
Sevmək istəyirlər bu havalanmış kişi qırıqları - Firidun Ağazadənin şeirləri

Sevmək istəyirlər bu havalanmış kişi qırıqları - Firidun Ağazadənin şeirləri

17:00 6 yanvar 2023
Alma içində ruhum verilir bədənə - Xanəmirdən yeni şeirlər

Alma içində ruhum verilir bədənə - Xanəmirdən yeni şeirlər

17:00 5 yanvar 2023
İtirilmiş vicdanı tapan olmayıb hələ - Əyyub Türkayın təmsilləri

İtirilmiş vicdanı tapan olmayıb hələ - Əyyub Türkayın təmsilləri

17:20 15 dekabr 2022
# # #