Gündüz kişi, gecə isə qadın olanlar - FOTOLENT

Gündüz kişi, gecə isə qadın olanlar - <span style="color:red;">FOTOLENT
26 yanvar 2015
# 21:00

Çox vaxt terror xəbərləri ilə gündəmə gələn mühafizəkar Pakistanın çox da görünməyən tərəflərini “Associated Press” agentliyi işıqlandırıb. Agentliyin təqdim etdiyi fotolarda mühafizəkar və yoxsul ölkənin sərt qaydaları içində sıxışıb qalmış, ikili həyat yaşayan pakistanlıların hekayəti öz əksini tapıb.

Gündüz kişi, gecə isə qadın olaraq həyat yaşayan transseksuallar, ailə üzvlərinin, yaxın qohumlarının yaşadığı yerlərdən çox-çox uzaqlara köç edirlər ki, onları heç kim tanımasın.

Ailələri tərəfindən rədd edilmə qorxusuna görə şəxsiyyətlərini gizli saxlayan bu insanlar gündüzləri aid işlərdə işləyirlər. Gecə olanda isə əlavə pul qazana bilmək üçün qadın paltarına girib partilərdə, bəzən toylarda rəqs edirlər.

Ən azından bu formada azacıq da olsa, olmaq istədikləri kimi, yəni qadın kimi yaşa bildiklərini deyirlər. Bəziləri isə transseksual olmadıqlarını, sadəcə qadın paltarında toylarda rəqs edərək pul qazandıqlarını deyir.

Kulis.az fotosessiyanı təqdim edir.

# 1982 dəfə oxunub

Müəllifin son yazıları

# # #