Oyat bu utancağı – Rəbiqədən Erotik Şeir

Oyat bu utancağı – Rəbiqədən Erotik Şeir
17 mart 2019
# 12:03

Kulis.az “Bazar oxusu” layihəsindən Rəbiqə Nazimqızının erotik şeirini təqdim edir.

Mən səni istəyirəm.

Soruşma ki yəni nə.

Qucaqla sıx köksünə

Pıçıldayım səninəm.

Gülümsə, dodağından

Üzümə işıq düşsün.

Qaranlığın köynəyi

Yarıyadək sürüşsün

Saçımda parıldasın

Əllərinin sancağı

Tələsmə, asta-asta

Oyat bu utancağı…

Dadı başqadı başqa,

Çiyələk öpüşlərin.

Ah, məni asta-asta

Yeyəcək öpüşlərin

Düymələri sayıb aç,

Axırdan birinciyə

Aldat guya ömründə

Təkəm, həm birinciyəm.

# 5596 dəfə oxunub

Müəllifin son yazıları

# # #