Əliağa Vahidinmi səsi oyatdı məni o gecə? - Günün şeiri

Əliağa Vahidinmi səsi oyatdı məni o gecə? - Günün şeiri
27 dekabr 2023
# 12:30

Kulis.az "Günün şeiri" layihəsində Həmid Herisçinin "Ququşun ağ yaxtası" şeirini təqdim edir.

Bakı zülmətlərinin it səsi,
özgələrə yoxxxx...
sırf mənə aid səsi,
dünyanın bu ən uzun sait səsi,
Əliağa Vahidinmi səsi,
oyatdı məni o gecə?

Konyakım da vardı, yadımdadı,
adı "Gəncə"...

Yadımdadı, özünü yoxxxx,
Şah hədiyyəsi ağ yaxtanı,
bu cırıltılı, musiqili taxta-tuxtanı,
üzümlərin, talvara dartınan vaxtı
Gətirdilər 1977-də Bakıya
təmirə...

Çox baxdım Xəzərdə çırpınan
bu nəğməli dəmir-dümürə,
sənə aşiq suitilərə,
bütün nakam sevgilərə
nəğmə oxudu bu ağ gəmin...

Bu cür keçdi qismətimdəki,
Bakıdakı lal konsertin...

Mən təbrizlini heç sevmədin.

Qəfil zivələrin paslı çarxı
cırıldadı,
pişiklər zibil qutularından sıçradı,
hamı özünə yoxxx...kölgəsinə oxşadı,
tamamlandı...
özüm yox, gözüm yox,
zivədəki ağ köynəyim ağladı,
qismətimdəki bu paya,
Xəzərdəki nurlu aya...

Mən su navalçalarını
yağışıma layiq yol bilməm...
mən yağışa, şimşəklərə, güllələrə
başqa yol fikirləşmişəm...

Sənlə yox...mən, ağ gəminlə sevişmişəm
o vaxt...

Var...var, məndə o nisgilli baxt.

# 5396 dəfə oxunub

Oxşar xəbərlər

“Sən mənim sülhüm idin, cihad olmusan indi...” -  Rəbiqə Nazimqızının yeni şeirləri

“Sən mənim sülhüm idin, cihad olmusan indi...” - Rəbiqə Nazimqızının yeni şeirləri

15:00 5 noyabr 2026
"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

"Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim..." - Ümid Yaşar Oğuzcan

17:00 4 noyabr 2026
"Məni ya sevməli, ya öldürməli..."  - Gültən Akından "Dəli qızın türküsü"

"Məni ya sevməli, ya öldürməli..." - Gültən Akından "Dəli qızın türküsü"

14:00 4 noyabr 2026
Qardaşın öləndə nə vaxt güləcəyini haradan bilirsən? - Amerikalı  şairdən postmodern silsilə

Qardaşın öləndə nə vaxt güləcəyini haradan bilirsən? - Amerikalı şairdən postmodern silsilə

13:00 4 noyabr 2026
Qudurğanlıq zorbalığın ən yaxın dostudur -  Rafiq Ələkbər

Qudurğanlıq zorbalığın ən yaxın dostudur - Rafiq Ələkbər

14:49 3 noyabr 2026
"Saf işıqda parıldayır stolun üstündə - çörək və şərab..."- Avstiyalı şairdən "Qış axşamı"

"Saf işıqda parıldayır stolun üstündə - çörək və şərab..."- Avstiyalı şairdən "Qış axşamı"

13:30 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər