"Bircə baxışına qurban olduğum" - Xəlil Rza Ulutürkün həbsxanada həyat yoldaşına yazdığı şeir

"Bircə baxışına qurban olduğum"  - Xəlil Rza Ulutürkün həbsxanada həyat yoldaşına yazdığı şeir
22 iyun 2024
# 12:00

Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anım günüdür.

Kulis.az bu münasibətlə "Günün şeiri" layihəsində onun Lefertovo həbsxanasında olarkən həyat yoldaşına yazdığı "Qurban olduğum" şeirini təqdim edir:

Hardasan, ey mənə canımdan əziz,
Dağına, daşına qurban olduğum!
Orda nalan qalıb mənsiz Firəngiz,
Gözünün yaşına qurban olduğum!

O mənim ilk müjdəm, ilk qaranquşum,
Yuxusuz gözlərim, dağılan huşum.
Vüsalı yazımdır, hicranı qışım,
Yazına, qışına qurban olduğum!

Necə darısqaldır bu qara məhbəs,
Göyərçin əlinə əllərim yetməz.
Umduğum doğma səs, o isti nəfəs,
Bircə baxışına qurban olduğum!

Mən sənin uğrunda atıldım oda,
Dəmirdim əridim, döndüm polada.
Nakəs qarşısında, yad qabağında
Ey məğrur başına qurban olduğum!

Axmasın gözündən yaş almaz-almaz,
Məhəbbət qocalmaz, günəş qaralmaz.
Yüz illər keçsə də, gəncliyin solmaz,
On yeddi yaşına qurban olduğum!

Mən kiməm?.. Əyilməz bir kədər dağı
Sədaqət ocağı, ümid çırağı.
Sən başım üstündə haqqın bayrağı,
Ey haqq savaşına qurban olduğum!

Uzaq xatirələr toyda-düyündə,
Ömür gəldi, keçdi darda, sürgündə,
Kişilər dünyada seyrələn gündə,
Kişi duruşuna qurban olduğum!

# 3567 dəfə oxunub

Oxşar xəbərlər

"Aç başından bu şalı, qara bağlamaq olmaz..." - Xəlil Rza Ulutürkün həbsxana şeirləri

"Aç başından bu şalı, qara bağlamaq olmaz..." - Xəlil Rza Ulutürkün həbsxana şeirləri

17:00 22 iyun 2026
"Səni şirin-şirin yeyən dərd nədir..." - Xatirə Rəhimbəylinin şeirləri

"Səni şirin-şirin yeyən dərd nədir..." - Xatirə Rəhimbəylinin şeirləri

15:15 22 iyun 2026
"Ümidin boşa çıxması..." - Abbasqulu ağa Bakıxanovun mənzum hekayəti

"Ümidin boşa çıxması..." - Abbasqulu ağa Bakıxanovun mənzum hekayəti

14:00 21 iyun 2026
"Gül dəstələri sevgidən ölürlər..." - Federiko Qarsiya Lorkanın şeirləri

"Gül dəstələri sevgidən ölürlər..." - Federiko Qarsiya Lorkanın şeirləri

12:30 20 iyun 2026
Sağ ol, Ana dilim - Sabir Rüstəmxanlı

Sağ ol, Ana dilim - Sabir Rüstəmxanlı

13:35 17 iyun 2026
Bu dünya nərdivandı - Nəriman Həsənzadə

Bu dünya nərdivandı - Nəriman Həsənzadə

10:50 17 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər