Təkcə Əkrəm Əylislinin ürəyi yoxdu ki... - Ulucay Akif

Təkcə Əkrəm Əylislinin ürəyi yoxdu ki... - Ulucay Akif
1 fevral 2025
# 14:00

Kulis.az Əli Novruzovun "Sonuncu barista" hekayəsi haqqında Ulucay Akifin yazısını təqdim edir.

Əli Novruzovun yeni hekayəsini oxudum. İstəyirəm elə tez-bazar, əlüstü bu mətn haqqında fikirlərimi deyib aradan çıxım, məlum, həftəsonudur, xeyli iş var, internetimi söndürüb qələbəliyin içinə qarışacam.

Lap əvvəldən onu deyim ki, yaxşı hekayədi, xoşuma gəldi.

Fikir vermişəm, bütün hekayələrimiz, romanlarımız keçmişi göstərir.

Zaman hər gün, hər saat bir az da sürətlənir və zaman sürətləndikcə dünya da, insanlar da, münasibətlər də sürətlə dəyişir, yenilənir, başqa forma alır.

Bəs biz yazıçılar (xüsusən də azərbaycanlı yazıçılar) bu sürətlə, bu dəyişiklilklərlə nə qədər ayaqlaşa bilirik?

Məncə, heç ayaqlaşmırıq.

Bizim əsərlərin əksəriyyətində müəllif geriyə, keçmişə boylanır, elə ancaq dünənindən nəsə eşib ortalığa çıxartmağa çalışır. Yəni ədəbiyyata çox sentimental, romantik yanaşırıq.

Və elə bilirik ki, yazdığımız mətndə obraz bir-iki dəfə smartfonunu söndürüb yandırsa, kiməsə görüntülü zəng eləsə, ya mesaj yazsa, mətn müasirləşəcək, yeni olacaq.

Dünyada isə tamamilə fərqli mövzular, heç ədəbiyyatda təsəvvür edə bilməyəcəyimiz mövzular mətnə çevrilir, səs-küy yaradır. Çox uzağa getmirəm, elə sonuncu nobelçi Han Kanqın "Vegetarian" romanını nümunə çəkmək kifayətdir.

Bilirəm, Nobel etalon deyil, xeyli mübahisə də etmək olar bu mükafatın obyektivliyi haqqında... Amma, bəs nədir etalon? Bayatılar yazan hansısa Əflatun Çölçəmənlinin fikirləri etalondur? Niyə?

Sözüm odur ki, gələcəyin göstərildiyi mətnləri də yazmaq lazımdır.

Yazıçı ancaq geriyə, keçmişə boylanmamalıdır. Gələcək də yazı predmetidir. Bəlkə də, ən böyük mövzular elə gələcəkdədir.

"Sonuncu barista" hekayəsində müəllif bu mövzulardan birini tapıb, yazıb.

Bəyənmədiyim şey o oldu ki, çox tələsib müəllif. Mənə elə gəldi. Axıcı, yüyrək dillə yazılmış mətn ayrıdır, tələsik yazılmış mətn ayrı.

Ən əsası, duyğudan, hissdən arınmış mətn çox elektronik görünür. Bu hekayədə müəllif hansısa duyğunu ötürə bilməyib. Bəlkə, özü bunu istəməyib, cəhd etməyib, bilmirəm. Amma mətn duyğudan bu qədər xali olmamalıdır. Əli Novruzov dediklərimi yadırğamasın, söhbət bər-bəzəkli cümlələrdə, metaforalarda, epitetlərdə deyil, təkcə Əkrəm Əylislinin ürəyi yoxdur ki... Biz də bilirik, ürək yaman şeydir.

# 5994 dəfə oxunub

Oxşar xəbərlər

Balaca pişik - Furqan Əliyevin hekayəsi

Balaca pişik - Furqan Əliyevin hekayəsi

16:00 14 sentyabr 2026
"Ah, heçliyin nə qədər formaları var..." - Xose Eçeqarayın "Böyük Qaleoto"su

"Ah, heçliyin nə qədər formaları var..." - Xose Eçeqarayın "Böyük Qaleoto"su

15:30 14 sentyabr 2026
"Mən Vətənimin imzasını daşıyıram..." - Alman yazıçıdan sitatlar

"Mən Vətənimin imzasını daşıyıram..." - Alman yazıçıdan sitatlar

13:30 14 sentyabr 2026
Qocalar avtobusu - Riçard Brotiqanın hekayəsi

Qocalar avtobusu - Riçard Brotiqanın hekayəsi

13:00 14 sentyabr 2026
Qarğıdalı əkini - Şervud Andersonun  hekayəsi

Qarğıdalı əkini - Şervud Andersonun hekayəsi

14:00 13 sentyabr 2026
"Həyat həmişə ölümcül olur..." - "Zenonun ağlı"ndan  deyimlər

"Həyat həmişə ölümcül olur..." - "Zenonun ağlı"ndan deyimlər

11:30 13 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər