Həmin kişini yenə gördüm – Cümşüd Aydəmirov

Cümşüd Aydəmirov

Cümşüd Aydəmirov

17 dekabr 2021
# 12:24

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Cümşüd Aydəmirovun “Həmin kişini yenə gördüm” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

...Bu gün o kişini yenə gördüm. Düz bir ay bundan qabaq avtobus dayanacağında gördüyüm həmin kişini. Ortaboylu, təxminən 50 yaşlarında nimdaş, amma səliqə ilə geyinmiş həmin kişini eyni ilə həmin paltarda, həmin sarı rəngli kurtkada görmüşdüm və onunla əlaqəli bir hadisəni uzun müddət unuda bilməmişdim. Hadisə mənə necə təsir eləmişdisə hisslərim fb səhifəmdə "Bu gün sənin günün deyil" adlı şeirə çevrildi. Elə indi də həmin mənzərə gözüm önündə canlanır.

...Universitetin yuxarı kursunda oxuyan sonbeşik qızımla harasa getmək üçün avtobus dayanacağın yaxınlaşanda, orada iki üç nəfərin avtobusu gözlədiyinin şahidi olduq. Təxminən əlli yaşlarında bir kişi mənə yaxınlaşaraq, hansı avtobusu gözlədiyimi soruşdu və məndən avtobusda gediş üçün "metro kartın" olub olmadığını soruşdu. Təsdiq cavabını alandan sonra özünün gediş kartının olmadığını bildirdi və mənim kartımdan istifadə üçün razılıq istəyərək, sonda dodaqaltı nə isə dedi. Onun son olaraq, nə dediyini eşitmədim, təəssüflə kartımda iki nəfər üçün gediş haqqının qaldığını bildirib, dayanacağa yaxınlaşan avtobusa mindik.

Avtobusa minənlərin arasında həmin kişini görməyib, narahatlıqla öz-özümə deyindim:

“Niyə minmədi ki... Pulunu ödəyib sərnişinlərdən birinin kartından istifadə edə bilərdi axı...”

Sözlərimi eşidən qızım dönüb mənə baxdı:

- Ata, sən axı sonda onun nə dediyini eşitmədin?! O dedi ki, düzü, heç getməyə pulum da yoxdu.

Bu sözləri eşidib çox pis oldum. Artıq avtobus yola düşmüşdü. Heç nə edə bilməzdim.

Bütün günü çisələyən, sonradan getdikcə güclənən yağışda kişinin nə edəcəyi fikri məni tərk eləmədi.

Peşmanlıq və məyusluq hissi məni necə götürdüsə, onların təsiri altında şeir yazdım.

İndi üstündən bir ay keçəndən sonra həmin kişini iri marketlərdən birinin qabağında durub əlində sellofan turba və turbanın lap dibində yalnız bir çeşiddə azca ərzağın olduğunu gördüm... Gözləri harasa uzaqlara zillənmişdi.

Özündə deyildi. Görəsən nə fikirləşirmiş...

# 3329 dəfə oxunub

Oxşar xəbərlər

Püstə ağacı - Maqsud İbrahimbəyovun hekayəsi

Püstə ağacı - Maqsud İbrahimbəyovun hekayəsi

16:00 22 mart 2026
Namus qaçağı - İsmayıl Şıxlının hekayəsi

Namus qaçağı - İsmayıl Şıxlının hekayəsi

11:30 22 mart 2026
Pandemik mələk - Orxan Fikrətoğlunun hekayəsi

Pandemik mələk - Orxan Fikrətoğlunun hekayəsi

11:00 21 mart 2026
"O, axşamlar özünü ac qalmağa tamamilə öyrətdi..." - Qoqolun "Şinel"indən bir hissə

"O, axşamlar özünü ac qalmağa tamamilə öyrətdi..." - Qoqolun "Şinel"indən bir hissə

11:00 20 mart 2026
"Əşrəf, bəxtin gətirib, sənin heybəni ağzınacan doldurublar..." - İsmayıl Şıxlının "Dəli Kür" romanından bir hissə

"Əşrəf, bəxtin gətirib, sənin heybəni ağzınacan doldurublar..." - İsmayıl Şıxlının "Dəli Kür" romanından bir hissə

17:00 17 mart 2026
"Biz heç nəyi məsləhət qədər səxavətlə paylamırıq" - Laroşfukodan  aforizmlər

"Biz heç nəyi məsləhət qədər səxavətlə paylamırıq" - Laroşfukodan aforizmlər

14:30 17 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər