Yun Fosse Nobelə layiq idi? - Mütəxəssis açıqladı

Yun Fosse Nobelə layiq idi? - Mütəxəssis açıqladı
5 oktyabr 2023
# 17:06

"Yun Fosse öz qeyri-adi istedadı ilə buna layiq idi".

Bu sözləri Kulis.az-a açıqlamasında ADU-nun müəllimi, norveç dili üzrə tərcüməçi Anar Rəhimov norveçli yazıçı Yun Fossenin Nobel almasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Fossenin bu mükafatı alması Norveç ictimaiyyəti üçün bayramdır:

"Norveç ədəbiyyatı üçün böyük hadisədir. Onların ədəbiyyat portallarına baxıram. Hamısı bu günü Norveç ədəbiyyatı üçün böyük gün hesab edir. Haradasa 80 ilə yaxın idi ki, onlarda ədəbiyyat üzrə Nobel mükafatı alan yox idi. İndiyə kimi cəmi üç Nobel mükafatçısı var idi: Byörnstyerne Byörnson, Knut Hamsun və Siqrid Ündset".

Anar Rəhimov hesab edir ki, Fosse mükafata layiqdir:

"Yun Fosse özü də Avropada kifayət qədər tanınıb. Əsərləri Avropanın bütün böyük teatrlarının səhnələrində oynanılıb.

Yun Fosseni Norveç üçün dəyərli edən odur ki, o, Norveçin niynorsk dilində yazır. Norveçdə iki dövlət dili var. Bir Danimarka və İsveçin təsiri ilə olan bukmol, bir də norveçlilərin özlərinin daha doğma hesab etdiyi niynorsk.

Düşünürəm ki, o bu mükafata hələ 3-4 il bundan qabaqdan layiq idi. Onun həm dram əsərləri, həm pyesləri, romanları Avropaya yeni səs gətirmişdi. Avropada da onun Nobeli almaq üçün yetişdiyini düşünürdülər.

Norveç ədəbiyyatı üçün böyük uğurdur. Yun Fosse öz qeyri-adi istedadı ilə buna layiq idi".

O, Fossenin əsərlərinin mövzularına da toxunub:

"Fossenin əsərlərində, əsasən, adi həyat həqiqətləri, insanın daxili aləmi, şimal insanının az ünsiyyətə girməsi, çətin zamanlardakı seçimlərimiz kimi mövzulara toxunmuşdur".

# 4608 dəfə oxunub

Oxşar xəbərlər

İbrahim Tatlısəsin son görüntüsü pərəstişkarlarının narahatlığına səbəb oldu

İbrahim Tatlısəsin son görüntüsü pərəstişkarlarının narahatlığına səbəb oldu

13:30 4 sentyabr 2026
Kütləvi isteriyadakı cəmiyyətimiz... - Aygün Kazımovadan ötrü ağlayan kişilər kimdir?

Kütləvi isteriyadakı cəmiyyətimiz... - Aygün Kazımovadan ötrü ağlayan kişilər kimdir?

13:10 4 sentyabr 2026
Uşaqları qorxudaraq əyləndirən qadın - Con Eykenin sirli və qaranlıq dünyası

Uşaqları qorxudaraq əyləndirən qadın - Con Eykenin sirli və qaranlıq dünyası

12:50 4 sentyabr 2026
Xalq artisti Aleksandr Şarovski reanimasiyadadır, vəziyyəti ağır-stabildir

Xalq artisti Aleksandr Şarovski reanimasiyadadır, vəziyyəti ağır-stabildir

12:18 4 sentyabr 2026
Portuqaliyanın məşhur qorxu film festivalı başladı

Portuqaliyanın məşhur qorxu film festivalı başladı

11:30 4 sentyabr 2026
Zəlzələdə zərər görmüş tarixi abidələr bərpa edildi

Zəlzələdə zərər görmüş tarixi abidələr bərpa edildi

11:05 4 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər