Yekaterinburqda Nizami Gəncəvinin büstü açıldı

Yekaterinburqda Nizami Gəncəvinin büstü açıldı
27 yanvar 2024
# 10:20

Rusiyanın aparıcı ali təhsil ocaqlarından olan Ural Federal Universitetində (UrFU) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü açılıb.

Kulis.az xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə açılış mərasimi keçirilib.

Tədbirdə UrFU-nun rektoru Viktor Kokşarov, Sverdlovsk vilayətinin xarici iqtisadi əlaqələr nazirinin müavini Lyudmila Berq, baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Ural Humanitar İnstitutunun direktoru Elvira Simanyuk, büstün müəllifi, Ural Dövlət Rəssamlıq Akademiyasının professoru Valentina Sokolova çıxış edərək Rusiya ilə Azərbaycan arasında təhsil və mədəni-humanitar əlaqələrin inkişafından, bu əlaqələrin dərinləşməsində ədəbiyyat və incəsənətin böyük rolundan danışıblar.

Bildirilib ki, UrFU-nun Azərbaycanşünaslıq Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün qoyulması əlamətdar hadisədir.

Açılış mərasimində dahi Nizaminin əsərləri universitet tələbələrinin ifasında Azərbaycan və rus dillərində səsləndirilib. Axşam.az

# 2092 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər