Yazıçılar Birliyinin rəhbərliyi Türkiyə səfirliyini ziyarət etdi

Yazıçılar Birliyinin rəhbərliyi Türkiyə səfirliyini ziyarət etdi
10 fevral 2023
# 17:05

Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi qardaş Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib.

Kulis.az xəbər verir ki, səfirliyin önündə zəlzələdə həlak olmuş insanların əziz xatirəsinə gül dəstələri qoyulub. Sonra yazıçılar Türkiyənin fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı ilə görüşərək, Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı başsağlığı veriliblər. Səfir Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkür edərək, bu çətin və ağır günlərdə, Azərbaycan xalqının böyük dəstək nümayiş etdirdiyini bildirib.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar matəm kitabına ürək sözlərini yazıb:

“Qardaş Türkiyənin, canımız Türkiyənin başına gəlmiş bu müsibətdən sarsıldıq. Bu Türkiyəmizlə bərabər, Azərbaycanın da bağrına amansız təbiət tərəfindən saplanmış bıçaqdır. Türkiyənin dərdi bizim dərdimiz, Türkiyənin yaraları bizim yaralarımızdır. Zəfərdə bir yerdə olduğumuz kimi, kədərdə də bir yerdəyik.

Azərbaycan Yazıçılar Birliyi adından, bütün yazıçılarımız adından Türk xalqına, sayın Cümhur başqanı Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı veririk. Əlimizdən gələn maddi və mənəvi yardıma hazırıq. Yaralılara şəfa diləyirik.

Hamımızın başı sağ olsun!".

# 2645 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər