Xəzər Universitetində elmi-metodik jurnal təqdimatı - Fotolar

Xəzər Universitetində elmi-metodik jurnal təqdimatı - Fotolar
21 may 2025
# 18:36

2025-ci il 16 mayda Xəzər Universitetində Elm və Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” elmi-metodik jurnalının və “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Dil siyasəti və milli kimlik: Tarixi irs, müasir yanaşmalar” adlı xüsusi buraxılışının təqdimatı keçirilmişdir.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra açıq elan olunmuşdur. Dillər və ədəbiyyatlar departamentinin Dillər bölməsinin koordinatoru fil.ü.f.d. Sevinc Qəmbərova tədbir iştirakçılarını salamlayaraq təşkil olunmuş elm ziyafətinin gənclər üçün əhəmiyyətindən bəhs etmişdir.

Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan müavini Pərvin Kərimova bu əlamətdar hadisə münasibəti ilə universitetin qonağı olmuş dəyərli ziyalıları, hörmətli elm adamlarını görməkdən çox məmnun olduğunu, elmi ictimaiyyət və gənc tədqiqatçılar üçün bu kimi görüşlərin böyük faydasından danışmışdır.

Daha sonra jurnalın baş redaktoru vəzifəsini icra edən Gülnar Əliyeva jurnalın yaranmasından, tarixindən, inkişafından, qəbul edilən məqalələrə qoyulan tələblərdən, jurnalın indeksləndiyi beynəlxalq elmi bazalardan və s. haqqında əhatəli şəkildə çıxış etmiş və xüsusi buraxılışda məqalələri çap edilən müəlliflərə söz vermişdir.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin müdiri, Prof.İsmayıl Kazımov “Dilin axarı və ya müasir Azərbaycam dili nüfuzlu və suveren dillərdən biri kimi” mövzusunda, ADPU-nun “Azərbaycan dili və onun tədrisi texnologiyası” kafedrasının professoru Minaxanım Nuriyeva Təkləli “Dilimiz-qayğılarımız: mülahizələr, iradlar, təkliflər” mövzusunda, “Azərbaycan dili və ədəbiyyat” elmi-metodik jurnalının redaksiya heyətinin üzvləri, ADPU-nun “Ədəbiyyatın tədrisi texnologiyası” kafedrasının dosentləri-Bilal Həsənli və Soltan Hüseynoğlu çıxışlarında nəşrlə uzunmüddətli əməkdaşlıq təcrübələrindən söz açmış, jurnalın elm və təhsil mühitindəki rolunu yüksək qiymətləndirmişlər.

Bakı Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası” kafedrasının müdiri, professor Mətanət Abdullayeva çıxışında jurnalın metodika sahəsindəki elmi əhəmiyyətini vurğulamış, nəşrlə tanışlığını müsbət dəyərləndirmiş, gələcək elmi əməkdaşlıq imkanlarını yüksək qiymətləndirmişdir. Bakı Mühəndislik Universitetinin “Azərbaycan dili və pedaqogika” kafedrasının dosenti Zabitə Teymurlu və Xəzər Universitetinin müəllimi fil.ü.f.d. Sevinc Qəmbərova cıxış edərək, xüsusi buraxılışda dərc olunmuş “Akademik kommunikasiyada Azərbaycan dilinin yeri” mövzusunda məqalələrinin əsas məqamlarını təqdim etmiş, mövzunun aktuallığına və jurnalın elmi əhəmiyyətinə toxunmuşlar.

Tədbirdə jurnalın son illərdə baş redaktoru olmuş, hazırda isə ATİAHİ Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov çıxış edərək, nəşrin son dövrlərdəki fəaliyyəti barədə fikirlərini bölüşmüş, xüsusi buraxılışın elmi və ictimai əhəmiyyətini vurğulamış və jurnalın yaradıcı heyətinə uğurlar arzulamışdır.

Tədbirdə ADPU-nun “Ədəbiyyat” kafedrasının dosent əvəzi, fil.ü.f.d. Ulduz Qəhrəmanova, “Azərbaycan dili və onun tədrisi texnologiyası” kafedrasının müəllimi Aynur Bədəlova, “Müasir Azərbaycan dili” kafedrasının baş müəllimi, fil.ü.f.d. Sahilə İbrahimova, “Ədəbiyyatın tədrisi texnologiyası” kafedrasının baş müəllimi, fil.ü.f.d. Günel Hümmətova (Pəniyeva), Xəzər Universitetinin və Dünya məktəbinin müəllimləri, həmçinin magistrantlar, tələbələr, gənc tədqiqatçılar iştirak etmişlər. Sonda yaradılmış şərait üçün Xəzər Universitetinin rəhbərliyinə təşəkkür edilmiş və xatirə şəkilləri çəkilmişdir.

# 1047 dəfə oxunub

Oxşar xəbərlər

Yutubun fəaliyyətində problemlər yaranıb

Yutubun fəaliyyətində problemlər yaranıb

10:02 20 dekabr 2025
Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

Ziyalı kasıblığına nifrət edən, sistemin toxuna bilmədiyi yazıçı

18:32 19 dekabr 2025
Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

18:15 19 dekabr 2025
Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

Meyxanaçı Kərimin dəfn ediləcəyi yer məlum oldu

17:41 19 dekabr 2025
Səməd Vurğun  bu şeiri Cavidə yazıb: "...şarlatan"  - Azər Turanla müsahibə

Səməd Vurğun bu şeiri Cavidə yazıb: "...şarlatan" - Azər Turanla müsahibə

17:34 19 dekabr 2025
Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

17:10 19 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər