Həmyerlimiz Beynəlxalq festivalda üçüncü yer oldu - FOTO

Həmyerlimiz Beynəlxalq festivalda üçüncü yer oldu - <span style="color:red;">FOTO
9 aprel 2018
# 17:34

27 mart - 1 aprel 2018-ci il tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “ГаШоТю” IV Beynəlxalq Komediya Sənəti Festivalı sona çatıb. Ən yaxşı qısametrajlı komediya filmi, komedik pyes, məzəli hekayə və məzəli foto nominasiyaları üzrə Ukrayna, Polşa, Fransa, Rusiya, İsrail və digər ölkələr ilə yanaşı festivalda Azərbaycan da finala vəsiqə alıb.

Festivalın təşkilat komitəsində yer alan “Atropatena Films Prodakşın”ın rəhbəri, rejissor və ssenarist Tərlan Göycəli bildirib ki, festivala fəxri qonaq qismində dəvət olunan Arzu Mürvətova Azərbaycanı “Məzəli foto” nominasiya üzrə təmsil edib. 27 mart Beynəlxalq Teatr günü festivalın rəsmi açılışında finalçı Arzu Mürvətova tərəfindən hazırlanan Bakı haqqında qısametrajlı çarx tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.

Festivalda Azərbaycandan qatılmış Arzu Mürvətovaya fəxri qonaq statusu verilərək, ona və müşayiət edən heyətə xüsusi diqqət ayrıldığı vurğulanıb. Heyət proqram çərçivəsində Kiyev şəhəri ilə yaxından tanışlıq, müxtəlif ustad dərslərində, tamaşalarda, milli balet teatrında və Berezan şəhər meriyası tərəfindən təşkil olunan şəhər muzeyinə ekskursiyada iştirak edib. Həmçinin “Ukrayna Radiosu”na xüsusi qonaq dəvət olunan həmyerlimiz Arzu Mürvətova festival ilə bağlı müxtəlif sualları cavablandırıb.

1 aprel Ümumdünya gülüş gününə təsadüf edən festivalın bağlanışında finalçıların qısametrajlı filmləri, fotolarından ibarət sərgi nümayiş olunub və qaliblər elan edilib. “Yeni nağıl kitabı ətrafında müzakirələr” adlı fotonun müəllifi Arzu Mürvətova alman və fransız rəqiblərini geridə qoyaraq “Məzəli foto” nominasiyası üzrə III yerə layiq görülüb və Azərbaycanı beynəlxalq arenada yüksək səviyyədə təmsil edib.

Qeyd edək ki, festivalda qalib gələn qısametrajlı filmlər Ukraynanın müxtəlif şəhərlərinin kinoteatrlarında, bir sıra mərkəzi və regional TV kanallarda nümayiş etdiriləcək, pyeslər, hekayələr teatrlarda səhnələşdiriləcək və foto nominasiyasının qaliblərinin isə fərdi foto sərgiləri açılacaq.

Festival 3-cüsü Arzu Mürvətovanı isə yaxın gələcəkdə Ukraynada onun fotoşəkillərindən ibarət fərdi foto sərgilər gözləyir.

# 2299 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər