Absurd yumor və qorxunun vəhdəti - Ceyn Şönbrunun yeni filmi

Absurd yumor və qorxunun vəhdəti - Ceyn Şönbrunun yeni filmi
4 sentyabr 2026
# 11:50

Rejissor Ceyn Şönbrunun müəllifi olduğu "Teenage Sex and Death at Camp Miasma" ("Miazma düşərgəsində gəncliyin ehtirası və ölümü") adlı yeni ekran işi klassik qorxu janrının qəliblərini qırmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, müəllif bu layihədə gərgin və vahiməli atmosferi absurd yumor detalları ilə sintez edib.

Məlumata görə, kinosevərlərin maraqla gözlədiyi film artıq Avropanın bir sıra kinoteatrlarında nümayiş olunmağa başlayıb. Ekran əsərinin sentyabr ayı boyunca digər ölkələrdə də mərhələli şəkildə nümayiş olunacağı bildirilib.

Filmin süjet xətti gənc və iddialı rejissor Krisin ətrafında qurulub. Ona vaxtilə böyük şöhrət qazanmış "Camp Miasma" adlı kult qorxu filmləri seriyasını yenidən ekranlaşdırmaq həvalə olunur. Həmin köhnə seriya göldən qəfil peyda olaraq gəncləri bir-bir ovlayan "Little Death" ("Kiçik ölüm") adlı maskalı qatilin qanlı cinayətlərindən bəhs edir.

Lakin Kris bu layihəyə sadə, şablon bir qorxu filmi kimi yanaşmaq istəmir. Hekayəyə tamam fərqli nəfəs vermək arzusunda olan rejissor çıxış yolunu seriyanın ilk filmində ölümdən qurtulan yeganə qəhrəmanı – Billi Preslini axtarıb tapmaqda görür. Elə hər şey də bundan sonra başlayır: keçmiş yay düşərgəsinin kimsəsiz ərazisində tək-tənha yaşayan Billi ilə görüş Krisin reallıq hissinin tədricən pozulmasına gətirib çıxarır.

Nəticədə, həmin düşərgə gənc rejissor üçün sadəcə çəkiliş məkanı olmaqdan çıxır; burada keçmişin qaranlıq xatirələri, dəhşətli səhnələr və həqiqət bir-birinə qarışır. Ekran işi Krisin həm öz filmini ərsəyə gətirmək inadını, həm də keçmişin vahimələri ilə üzləşdiyi gərgin psixoloji mübarizəsini tamaşaçıya təqdim edir.

# 591 dəfə oxunub

Oxşar xəbərlər

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Cudi Dençdən etiraf:  daha filmlərdə çəkilə bilməyəcək

Cudi Dençdən etiraf: daha filmlərdə çəkilə bilməyəcək

10:01 23 oktyabr 2026
Cudi Denç “Pişiklər” filmini tənqid etdi:  “İstedadın və etimadın israfı”

Cudi Denç “Pişiklər” filmini tənqid etdi: “İstedadın və etimadın israfı”

12:40 22 oktyabr 2026
“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

11:00 22 oktyabr 2026
"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

17:00 21 oktyabr 2026
Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

17:00 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər