Zaman maşınında hansı dövrə getmək istərdiniz? - SORĞU

Zaman maşınında hansı dövrə getmək istərdiniz? - <span style="color:red;">SORĞU
1 dekabr 2016
# 08:30

Elm adamları zaman maşını üzərində işləyirlər. Ehtimal olunur ki, nə vaxtsa keçmişə və gələcəyə getmək praktiki olaraq mümkün olacaq.

Bu kəşf baş tutsa zaman maşınında hansı dövrə getmək istəyərdiniz?

Kulis.Az tanınmış sənət adamları arasında bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Əkrəm Əylisli

Image result for əkrəm əylisli

- Mən keçmişi gələcəkdən ayırmıram. Bütöv görürəm zamanı. Elə bir zamanı görmək istəyərdim ki, orda insanlar rahat olsun, yaddaşı ilə bir yerdə olsun. İnsan öz yaddaşı ilə insandır. Keçmiş olmasa gələcəyi görə bilməzsən. Mən heç bir əsrə yox, öz uşaqlıq dövrümə qayıtmaq istəyərdim. O vaxt hər şey işıqlı idi. Ağaclar, dağlar uca görünürdü mənə. Uşaqlığıma qayıdıb o vaxt gördüyüm Əylisi görmək istəyərdim. Dünyanın ən işıqlı dövrüdür o dövr.

Anar

Image result for Anar Rzayev

- 30-cu əsrə getmək istəyərdim. 30 rəqəmindən xoşum gəldiyi üçün.

Salam Sarvan

Image result for salam sarvan

- Özümü texnoloji basqının düşməni saydığımdan XVIII əsrdən o yana getmək istəyərdim. Gələcəkdə maraqlı heç nə olmayacaq. İnsanlar düzəltdikləri əşyaların ünsiyyətinə kənardan tamaşa edəcəklər. Darıxdırıcı bir dəmir dövrü gəlir qabaqdan.

Nərmin Kamal

Image result for Nərmin Kamal

- Sırf gələcəyin necə olduğunu bilmək üçün 30-40-cı əsrlərə getmək, görmək, sonra qayıtmaq istərdim.

Gülzar Qurbanova

Image result for gülzar qurbanova

- İnsan özü ilə bağlı olan gələcəyə getmək istəməz. Amma gələcək zaman... Bu başqadır. Yaradıcı insanlara hər bir dövrə getmək mümkündür; keçmişə də, gələcəyə də. Ona görə, biz təxəyyüldə gələcəyə də gedirik, keçmişə də. Mən Adəm və Həvvanın yanına getmək istəyərdim. Maraqlı gəlir mənə, görən, həqiqətən alma üstündə cənnətdən qovulublar, ya yox.

Müşfiq Ötgün

Image result for müşfiq Şükürov

- Heç yerə getmək istəməzdim. Zamanla bağlı nostaljim yoxdur. Gələcəyə də getmək istəmirəm. Onu biz yaratmalıyıq. Gələcək indiki insanların içindən, əməllərindən doğur. Hazırına nazir psixologiyası da yoxdur məndə. Öz zamanımı dolğun yaşayıram.

Günel Şamilqızı

Image result for günel şamilqızı

- Birincisi, zaman maşınının kəşf olunmağını istəmirəm. İnsanı təbiətdən uzaq salan, normal yaşamı məhv edən texnoloji yeniliklərdən qorxuram. İnsan elə bir varlıqdı ki, heç vaxt bir kəşfdən axıra kimi yaxşı məqsədlərlə istifadə etmir. Öz dövrümüzü ağ günə çıxartdıq, qaldı başqa dövrlər? Amma zaman maşını kəşf olunsa, maraq mənə güc gəlsə, Kortesin gəmisində olmaq, məhv edilməmişdən öncə Tenoçtitlanı görmək istərdim. İnsanlıq bir dəfə Yeni Dünya kəşf eləmişdi, amma onu da köhnə dünyanın gününə saldı.

# 3960 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

18:39 4 fevral 2026
"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

"Sürücü dedi, sənin oğlunam, dedim, biabır oldum” – Valeh Kərimovla müsahibə

17:13 4 fevral 2026
Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

Hər işi axıracan görmək lazımdır! - Günün şeiri

16:50 4 fevral 2026
Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

Tankla düşünən general - Həzi Aslanov döyüşdə həlak olmuşdu, yoxsa öldürülmüşdü?

16:00 4 fevral 2026
Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

Vyanada Xalq rəssamı Əşrəf Heybətovun fərdi sərgisi açıldı

14:50 4 fevral 2026
Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

Qara Qarayevin yaradıcılıq irsinə həsr olunan dəyirmi masa keçirildi

14:30 4 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər