Aygün Aslanlı ilk öpüşdən yazdı – UNUDA BİLMİRƏM

Aygün Aslanlı ilk öpüşdən yazdı – UNUDA BİLMİRƏM
5 noyabr 2015
# 21:00

Kulis "Unuda bilmirəm" layihəsində Aygün Aslanlının xatirəsini təqdim edir.

Xatirələrlə çox aram yoxdu, bacardığım qədər hədiyyə, yadigar da saxlamıram. Unutmaq daha maraqlıdı. Sadəcə bəzi anlar var ki, amneziyasız yaddan çıxmır.

Bu, bir az romantikası şirin çay olan xatirədir. İlk öpüş haqqında. Bir dostum vardı. Adı olsun X. Yaxın rəfiqəmdən xoşu gəlirdi. Tez-tez görüşürdük, mənə rəfiqəmdən danışırdı. Yavaş-yavaş hiss eləyirdim ki, X rəfiqəmdən danışmağa başlayanda hirslənirəm.

2005-ci il yanvarın 2-i, ya da 3-ü idi. X-lə görüşüb Yeni ili təzədən qeyd eləmək barədə razılaşmışdıq. Bulvarda görüşdük, xeyli gəzdik, sonra şeytan çarxına mindik. Söhbət eləyirdik. O çarx çox yavaş fırlanır və hər dairə vuranda lap yuxarıda bir neçə saniyə dayanır. Bizim oturduğumuz kabinə həmin o lap yuxarıya yaxınlaşanda X dedi ki, ora çatanda bir şey deyəcəm.

Cavab vermədim, ürəyimdə fikirləşdim ki, kaş o qızdan danışmasın, onun əvəzinə məni öpsün. Həmin anda kabinə dayanacağı yerə çatdı və X qəfil çevrilib məni öpdü. Bir saniyə əvvəl fikirləşdiyim bir şeyin reallaşmağı məni elə çaşdırdı ki, dondum qaldım.

X də baxdı, baxdı, güldü və dedi ki, elə bil divarla öpüşdüm...

Ondan sonra X daha rəfiqəmdən danışmadı.

# 2470 dəfə oxunub

Oxşar xəbərlər

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər