İlqar Fəhminin pyesi tamaşaya qoyulur

İlqar Fəhminin pyesi tamaşaya qoyulur
11 iyun 2019
# 11:22

İlqar Fəhminin “Kubinka” pyesi əsasında tamaşa hazırlanır.

İsveçdə yaşayan azərbaycanlı rejissor Əlif Cahangir bildirib ki, tamaşanın məşqləri virtual aparılır: “Mən İsveçə köçənədək iki məşqimiz baş tutmuşdu. Aktyorların tamaşaya olan həvəsi, xüsusilə, məşqlərimə olan diqqəti məni çox sevindirdi. Ona görə layihəni yarıda qoymaq günah olardı. Yaranmış əngəllər həmişə alternativlərə yol açır. İdeya olaraq biz də bu əngəli virtual olaraq aşmağı düşündük. Bu dəqiqə dünyada demək olar ki, münasibətlərin, əlaqələrin 60 faizi virtual qurulur. Belə olan halda müasir texnologiyanın bizə yaratdığı imkandan nədən istifadə etməyək dedik. Beləliklə, məşqlərimizə video görüntü ilə zəng edərək davam etdik. Heyətimizin əksəriyyətini gənclər təşkil edir. Tamaşa demək olar ki, hazırdır. Son tamamlama işləri aparılır. Tamaşanın maddi tərəflərini biz komanda olaraq özümüz qarşılıyırıq. Tamaşanın hazırlanmasında bizə yaxından dəstək olan əməkdar artist Cabir İmanova xüsusi təşəkkür edirəm. Bir təşəkkürümü də YUĞ teatrının rejissoru Mirsahib Ağazadəyə bildirirəm. O da dost kimi dəstəyini məndən əsirgəmir. Tamaşanın dekorasiyasını demək olar ki, bizim üçün pulsuz təşkil etdi. Orda olmadığım üçün çox şeyə o nəzarət edir. Tamaşada sürpriz odur ki, 30 ildən artıqdır ki, səhnədə olmayan istedadlı və çox maraqlı aktyorumuz səhnəyə çıxacaq. Adını açıqlamıram. Ola bilsin ki, ilk baxışdan da görənlər tanımasın. Sonradan biləndə ki, kimdir “A o oğlan, bu kişi imiş?!” deyəcəklər. Tamaşanın ilk baxışını iyun ayının 20-nə planlaşdırmışıq. Böyük premyera isə sentyabr ayına təsadüf edəcək”.

Tragikomediya janrında yazılmış pyesdə hadisələr Bakının Kubinka məhəlləsində baş verir. Kubinkada doğulmuş lakin 18 il Batumidə yaşayandan sonra öz doğma məhəlləsinə qayıdan Məryəmin gəlişi ilə hadisələr bir-birinə qarışır.

Rejissor, əsəri şərh edərək söyləyib ki, köhnəlik və yeniliyin mübarizəsi üzərinə qurulmuş tamaşada sonda yenilik, köhnəlik üzərində qələbə qazanaraq, öz məğlubiyyətinə zəmin yaradır.

Tamaşada rolları Məhəmməd Verdizadə, Elşən Əsgərov, Zəhra Bədəlbəyli, Tunar Əlizadə, Şəhanə Yusufova, Mikayıl Bəylərli, İlqar Hüseynzadə, Muşfiq Cəfərli, Beyrək Rüstəmzadə, Mehin Orucova, Nadir Rüstəmli, Əkbər İzzətov və Mübariz Ağayev canlandıracaq. /teatro.az/

# 3367 dəfə oxunub

Oxşar xəbərlər

Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər