Millət vəkili fəxri adlardan danışdı: “Yaxşı olar ki...”

Millət vəkili fəxri adlardan danışdı: “Yaxşı olar ki...”
29 may 2019
# 12:59

Kulis.az Millət vəkili Fazil Mustafanın Fəxri adlarla bağlı açıqlamasını təqdim edir.

Hər zaman qeyd etmişəm ki, bir çox ölkələrdə bu, pul mükafatları və nominasiyalarla əvəz edilir. Məsələn, qonşu Türkiyədə sənət adamlarına ”dövlət sənətçisi" adı verilir. Bu, həm onların maddi baxımdan problemlərinin həlli deməkdir, həm də müəyyən dərəcədə ona status verir. Düşünürəm ki, bizim ölkədə də fəxri adlarla bağlı məsələyə bu variant tətbiq edilsin. Lakin hazırda vəziyyət elədir ki, bir sıra mədəniyyət və incəsənət xadimləri istəyir ki, çəkdiyi əziyyətə görə fəxri ad, imtiyazlar alsın. Bunu əsirgədikdə isə dövlətdən incik qalırlar. Lakin fikrimcə, ad yarışması dayandırılmalıdır.

Yaxşı olar ki, ortada pul mükafatı və nominasiyalar olsun. Məsələn, illik nominasiyanın qalibləri olur, onlara böyük məbləğdə vəsait verilir. Bu daha layiqli olur. Avropada, Amerikada, İngiltərədə bu məsələ mükafatların səviyyəsinə görə bu məsələ tənzimlənir, həllini tapır. Məsələn, “Buker” mükafatı ədəbiyyatçılara, “Nobel” alim və ədəbiyyatçılara verilir və sairə.

Ölkəmizdə də bu cür mükafatlar təsis edib, əziyyətlərinə görə yazıçı və şairlərə vermək olar. Ona görə də bu məsələdə, fikrimcə, daha çox köhnə dövrün prinsiplərindən imtina etmək lazımdır. İnsanlara təkcə ad-şöhrət deyil, maddi təminatı əhatə edən mükafat verilməlidir. Doğrudur, görkəmli şəxslərə prezident təqaüdü verir, bu maddi təminatın çox yaxşı formasıdır. Lakin bəlkə bu təqaüdün özünün də baxılmasına ehtiyac var. Belə ki, bu cür mükafatların ölkə üçün daha çox çalışan şəxslərə verilməsi daha uyğundur". /"Yeni müsavat"/

# 3921 dəfə oxunub

Oxşar xəbərlər

Mütəfəkkir baxışlarının fonunda "Xəmsə" səhifələri - "Nizami Gəncəvinin portreti"

Mütəfəkkir baxışlarının fonunda "Xəmsə" səhifələri - "Nizami Gəncəvinin portreti"

14:00 13 oktyabr 2026
Bir yandan İran, bir yandan Türkiyə: Azərbaycanın daxili işlərinə qarışılır

Bir yandan İran, bir yandan Türkiyə: Azərbaycanın daxili işlərinə qarışılır

13:25 13 oktyabr 2026
Yeni elmi-texniki kitab nəşr olundu

Yeni elmi-texniki kitab nəşr olundu

13:15 13 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
Tanınmış aktrisa təyyarənin qapısını açmağa cəhd etdi

Tanınmış aktrisa təyyarənin qapısını açmağa cəhd etdi

11:30 13 oktyabr 2026
Gizlicə ölkədən çıxarılan İran filmi nümayiş olundu

Gizlicə ölkədən çıxarılan İran filmi nümayiş olundu

10:50 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər