Küçədə öpüşənlərin əxlaqı Sevda SULTANOVA

Küçədə öpüşənlərin əxlaqı <span style="color:red;"> Sevda SULTANOVA
13 iyul 2015
# 10:44

Təcrübə göstərir ki, əxlaq dəyişkən anlayışdır: zamanına, məkanına, motivinə görə. Bu sadə məntiqi baş-ayaq anlaya biləcək oxucuları nəzərə alaraq, bəsit misal gətirim.

1920-ci illərdə ilk qadın alpinist klubunun rəhbəri Obrey Le Blon İsveçrədə dağın zirvəsini fəth edib enəndən sonra yadına düşüb ki, ətəyini dağın zirvəsində unudub. Zermatt şəhərinin sakinlərinə şalvarda görünmək qorxusu o qədər güclü idi ki, qadın yenidən dağa çıxmalı olub.

Bu gün Azərbaycanda belə qadınların şalvar geyməsi adi qarşılanır. Hətta mühafizəkarlar deyir ki, qısa ətəkdənsə şalvar daha abırlıdır.

Əxlaq anlayışının dəyişkən olması ilə bağlı ilk misalı cinsi - qadın kontekstində çəkməyim təsadüfi deyil. Çünki azərbaycanlıların böyük əksəriyyəti əxlaqı cinsiyyət prizmasından anlayır. Və anlamaq istəmir ki, əxlaqın cinsi məsələlərlə çox az əlaqəsi var.

Məsələn, oğurluq daha çox əxlaqsızlıqdır. Hərçənd, motivinə görə onun əxlaqla bağlantısının olub-olmamasını dəqiqləşdirmək olar.

Təsəvvür edək ki, bir yeniyetmə dükandan oğurluq edir. Əksəriyyətinin ilk reaksiyası yeniyetməni ittiham etmək olacaq.

Hərçənd, dükandan tutaq ki, çörək və ya şirniyyat oğurlamış yeniyetmənin hekayətini, onu xırda oğurluğa vadar edən səbəbləri araşdırsaq ( imkansızlıq, ailə durumu və s) münasibət dəyişə bilər.

Ola bilsin, heç bir səbəb xırda oğurluğa haqq qazandırmasın. Hər halda məhz bu vəziyyətdə oğurluq aktına məcburiyyəti “əxlaqsızlıq” adlandırılmasının özü əxlaqsızlıqdır.

Müəllimin şagirddən, tələbədən rüşvət alıb qiymət yazması, həkimin yalnız yüksək qiymət müqabilində xəstəni əməliyyat etməyə razı olması əxlaqsızlıq hesab olunmursa, onda niyə adi yaşam şərtləri olmayan yeniyetmənin oğurluğu əxlaqsızlıq sayılsın?

Bir daha xatırladım ki, əxlaq dəyişkən anlayışdır. Zira, bizim əxlaq anlayışımız çox məsələlərdə dəyişməyib, olduğu yerdə qalıb. Yəni XIX əsrdə necə idisə, XXI əsrdə də o cürdür.

Əxlaq anlayışı hələ də məhdud çərçivədə - cinsiyyət müstəvisində (başqa cür ifadə etsək, çoxları üçün “əxlaq” qadına münasibətdə keçərlidir) qavranıldığı üçün ona münasibət belə seksistdir.

Ona görə də bu gün cinayətlərin bir qismi əxlaqa cinsi kontekstdə yanaşma üzündən baş verir.

Cinayət xronikasında oxuyuruq ki, yetkin qadın evdən getdiyi üçün qardaşı tərəfindən öldürülür. Sonra bu qardaş ailənin namusunu qorumaq missiyasını yerini yetirdiyini düşünərək polisə təslim olur, hətta bəlkə qürur hissi də keçirir.

Yaxud 20 yaşlı qız ailəsini tərk edir, evdə yaşadığı şərtlər onu qane eləmir, o, başqa cür yaşamaq istəyir. Polis orqanları onun itkin düşməsini elan edir, telexəbərlərdə bu haqda süjet verilir, el-oba qınayır.

Hamının ağlına gələn ilk fikir budur ki, evdən gedibsə, mütləq əxlaqsızdır, fahişəliklə məşğul olacaq. Və polis o qızın hüququnu tanımadan tapıb ailəsinə təslim edir.

Yəni yetkinlik yaşına çatmış bir qadının həyatını dəyişmək, ona sahibi olmaq istəyi yalnız əxlaqsızlıqla şərh oluna bilər.

Əgər dediyimiz vəziyyətdə qadının yerini kişiyə versək, ona münasibət də dəyişəcək. Kişinin evdən getməsi əxlaqsızlıq anlayışından çıxıb tamam başqa şəkil alacaq.

Və bunun adı heç bir halda əxlaqsızlıq olmayacaq.

Əxlaqa cinsi müstəvidə yanaşmanın daha bir nümunəsi. Bir neçə gün öncə portallarda ictimai yerdə sevgilisi ilə öpüşdüyü üçün oğlanı polis bölməsinə aparılması haqda video yayıldı.

Yazılan şərhlərin çoxunda da sevgililər ədəbsizlikdə, əxlaqsızlıqda ittiham olunurdu. Qəribədir, ətrafındakı qanunsuzluqlara, ədalətsizliklərə göz yuman bu adamlar niyəsə sevgililərin öpüşməsinə göz yuma bilmir.

Seksi açıq və ifadəli təsvirinə görə uzun müddət qadağan edilən, indi isə 100 ən yaxşı romandan biri saylan “Xərçəng tropiki” əsərinin müəllifi, amerikalı yazıçı Henri Millerin sözləri günümüzdə hələ də aktualdır: “Seks, ondan yazmaq əxlaqsızlıq deyil, əxlaqsız olan müharibədir”.

# 1758 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər