Elçin: “O rəqəmi təkrar eləmə” AD GÜNÜ

Elçin: “O rəqəmi təkrar eləmə” AD GÜNÜ
13 may 2014
# 10:33

Bu gün Xalq yazıçısı Elçinin 71 yaşı tamam olur. Yazıçının əlamətdar günündə onunla əlaqə saxlayıb təəssüratlarını öyrənmək istədik. Səhər açılandan təbrik zənglərini qəbul edən yazıçı Kulisi də unutmadı. Öz təəssüratların qısa şəkildə də olsa bizimlə bölüşməyə razılıq verdi.

- Elçin müəllim, telefonda qoşulmanı gözləyərkən eşitdim. Deyəsən xaricdən zəng gəlmişdi. Kimlər təbrik edir sizi?

- Dostlar, tanışlar, oxucular... O adamlar ki, bizi yada salırlar. Yazıçılardı, oxuculardı, ədəbiyyat adamlarıdı, zəng edib təbrik edirlər. Bilirsiz ki, vaxt ikən mənim Rusiyanın ədəbi mühiti ilə, Türkiyənin ədəbi mühiti ilə çox geniş əlaqələrim olub. Bu əlaqələr hələ də davam edir. Onlar da sağ olsunlar, zəng edib təbrik edirlər. Bütün bu dostluq, tənqidçilik, oxuculuq qabiliyyətlərini illər keçdikcə itirmirlər.

- Ad gününü necə keçirəcəksiz, dostlar arasında, yoxsa ailə ilə?

- Mən həmişə ad günümü öz ailəmlə keçirirəm. Bu dəfə də istisna olmayacaq, yenə də öz ailəmlə keçirəcəm.

- 71 yaşınız tamam oldu. Bu ömrü necə dəyərləndirərdiniz?

- O rəqəmi bir daha təkrar eləmə. Çünki mənim xoşum gəlmir. Əlbəttə ki, anadan olduğu gün hər bir insanın həyatında xoş bir hadisədi. Mənim üçün də bu gün xoş bir hadisədi. Əlavə bir bəhanədi ki, ailənlə oturasan, məclis qurasan, səmimi söhbət edəsən, dostlarla, oxucularla təbrikləşəsən və sair və ilaxır...

Amma eyni zamanda burda bir “heyhat” çaları da var. Ən qəribəsi odur ki, yaş üstə yaş gəldikcə gənclik illəri uzaqlaşmaq əvəzinə- hər halda məndə belədi-daha da yaxınlaşır. Daha da yaxınlaşır və heyhat hissiyyatı da həmin o yaxınlaşma ilə bağlıdır.

- Təşəkkür edirəm, Elçin müəllim. Bir daha doğum gününüzü təbrik edirəm.

-Mən də sənə təşəkkür edirəm. Arzu edirəm ki, 71 yox, 101 yaşınacan yaşayasan.

# 5033 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənni əməliyyat olundu – Pərəstişkarları məyusdur

Məşhur müğənni əməliyyat olundu – Pərəstişkarları məyusdur

18:15 5 avqust 2026
Amerikalı fenomen xəstəxanaya yerləşdirildi – Səbəb

Amerikalı fenomen xəstəxanaya yerləşdirildi – Səbəb

17:00 5 avqust 2026
“The Voice”də böyük format dəyişikliyi – Məşhurlar yarışacaq?

“The Voice”də böyük format dəyişikliyi – Məşhurlar yarışacaq?

16:30 5 avqust 2026
Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası

Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası

16:00 5 avqust 2026
Asket şair, yorulmaz dilçi  - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

Asket şair, yorulmaz dilçi - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

13:40 5 avqust 2026
Məşhur aktrisa rolu üçün hicab geyindi

Məşhur aktrisa rolu üçün hicab geyindi

13:10 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər