Xalq yazıçısının kitabına mütəxəssis rəyi: “Zövqsüzlükdür”

Xalq yazıçısının kitabına mütəxəssis rəyi: “Zövqsüzlükdür”
31 oktyabr 2019
# 16:40

Son günlər Xalq yazıçısı Elçinin “Təhsil” nəşriyyatında çap olunan “Baş” romanının üz qabığı sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Müzakirədə iştirak edən oxucuların əksəriyyəti bu cür dizaynın müasir olmadığını qeyd edir və kitabın görünüşünə tənqidi münasibət bildirirlər.

Kulis.az məsələyə bağlı “Qanun” nəşriyyatının dizayneri Rəfail Qasımovun fikirlərini öyrənib. Rəfail müəllim bunları söyləyib:

“Məncə, kitabın üz qabığında müəllifin böyük fotosunun getməsi bir sovet klişesidir. Çox vaxt sadə və yüngül olmaq üçün belə edirlər. Təcrübəmlə bağlı onu deyə bilərəm ki, dizaynerlər öz hesabına kitab çap edən müəlliflərin işinə qarışa bilmirlər. Pulu verən müəllifdir və o istəyir ki, kitabı bu cür çıxsın. Biz sadəcə tövsiyə edə bilərik.”

Dizaynların səviyyəsi ilə bağlı danışan müsahibimiz qeyd etdi ki, belə kitabları zövqsüz adlandırmaq olar:

“Dizaynerlik yaradıcılıqdır. Yaradıcılığın dünyada konkret standartı olmasa da ümumi prinsiplər bəllidir. Yaxşı olardı ki, kitab çıxardan müəlliflər dizayn üçün dünyanın aparıcı nəşriyyatlarının kitablarına baxsınlar, bu sahədə zövqü və təcrübəsi olan insanlardan məsləhət alsınlar.”

R.Qasımov kitab dizaynı sahəsində ən mütərəqqi yeniliklərdən də danışdı:

“Bildiyiniz kimi, yeni peşə formalaşıb: rəssam-dizayner. Bu o deməkdir ki, rəssam kitabla tanış olur və kitabın üz qabığına onun mövzusuna uyğun işləyir. Kitabın üz qabığı oxucunu cəlb etmək baxımından çox əhəmiyyətlidir. Bu məsələyə dırnaq arası yanaşmaq olmaz.”

# 4067 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər