Onu həyatınızdan rədd edin - MOTİVASİYA

Onu həyatınızdan rədd edin - MOTİVASİYA<span style="color:red;">
25 dekabr 2016
# 00:45
APA.TV-nin "Motivasiya" verilişinin mövzusu: "Qısqanclıq"

Cavid Zeynallı:

Qısqanclıq hissinin həddən artıq olması insanın psixoloji müqavimət hissinin zəifləməsinə gətirib çıxarır. Eyni zamanda bu hal insan xarakterinə və vərdişlərə mənfi təsir edir, onları dəyişir. Qısqanclığın mənbəyi şübhədir. Ürəyə şübhə toxumu düşdüsə, demək qısqanclıq hissini boğmaq çətin olacaq. Bu hiss özünü müxtəlif emosiyalarla büruzə verir. Məsələn, həyəcan, qorxu və qəzəblə. Patoloji qısqanclıq ən qorxulu qısqanclıqdır. Buna səbəbsiz qısqanclıq da demək olar. İnsan özü də anlamır ki, kimə və nəyə qısqanır. Bu ifrat qısqanclığın yaranması zamanı özünə qəsd və ya qarşı tərəfə qəsd baş verə bilər. Qısqanclığın müxtəlif səbəbləri olur. Məsələn, insan görkəmindən narazı olur, özünə güvənsizlik və natamamlıq kompleksi yaşayır, xəyanət zədəsi daşıyır və s. İnsan bu hissdən uzaq olmağa çalışırsa, mütləq bunlara əməl etməlidir: etibar etməyi öyrənməlidir, səmimi olmalıdır, özünü heç kimlə müqayisə etməməlidir.

Sevda Sultanova:

“Keçən verilişlərimizdə paxıllığı müzakirə eləmişdik. Qısqanclıqla paxıllıq bəzən hansısa məqamlarda eyniləşə bilər. Amma hər iki anlayış arasında mühüm fərq var. Paxıllıq səndə olmayan nəyisə əldə etmək istəyi, qısqanclıq sahib olduğunu itirmək qorxusudur.

Qısqanclığın meydana gəlmə səbəbləri müxtəlifdir: diqqətin, sevginin catışmazlığı, özünəinamsızlıq, şübhələr və s.

Kişi-qadın münasibətlərində qısqanclığın səbəblərindən biri odur ki, bəzən qarşı tərəf özünün yox, sevdiyinin həyatı ilə yaşayır. Yəni əgər sənin şəxsi maraqların, dost çevrən, sevdiyin işin varsa, özünə vaxt ayırırsansa, o zaman qarşı tərəfin hər addımını izləmək barədə düşünməyəcəksən.

Qısqanclıq hissi həddini keçəndə, xəstəhal mülkiyyətçiliyə çevrilir ”.

İlqar Rəsul:

Qısqanclıqdan əziyyət çəkənlərdən psixoloqa müraciət edənlərin əksəriyyəti belə deyir:

Təsadüfən keçəndə eşitdim, təsadüfən açdım telefonunu SMS gördüm və s.

Belə hallarda onlara sual verilir: Siz telefona baxmaya bilməzsiniz?

Bu suala cavab olaraq çoxları deyir ki, "yox, baxmaya bilmirəm, bacarmıram".

Belələri daim hər şeyi nəzarətdə saxlamaq istəyənlərdir və qısqanclıq da daha çox onlara zərbə vurur. Çoxları başa düşmürlər ki, nikah vətəndaş münasibətlərinin qeydiyyatıdır. Bu məhkəmə hökmü deyil ki, sağa sola addım atanı cəzalandıra bilsin. Yəni nikah münasibətin qeydiyyatıdır. Amma münasibəti gərək qurasan, yaradasan, nizamlayasan. Bu cütlüklərin birgə görməli olduqları işdir. Çox vaxt xüsusilə də gənclər buna hazır olmurlar.

Tövsiyə:

İstər qadın olun, istər kişi, əgər qarşı tərəf daim sizi nəzarətdə saxlayır, telefonunuzu yoxlayır, danışıqlarınızı dinləyir, hər şeyə burnunu soxursa, bu artıq sevgi deyil, xəstəlikdi. Elə adamı həyatınızdan rədd edin.

# 2920 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər