“Mədəniyyət.AZ” jurnalının növbəti sayı işıq üzü gördü

“Mədəniyyət.AZ” jurnalının növbəti sayı işıq üzü gördü
30 iyul 2015
# 13:58

“Mədəniyyət.AZ” jurnalı növbəti sayı ilə yenidən mədəniyyət sevərlərin görüşünə gəlib. Ümid edirik ki, Mədəniyyət və turizm nazirliyinin təsisçiliyi ilə nəşr olunan jurnalla daha bir görüş oxucuların ürəyincə olacaq.

Dərgiyə bölgələrimizdə də maraq artmaqda, jurnalı oxuyanlarının sayı çoxalmaqdadır. Redaksiya heyətinin bu işdə göstərdiyi səy və yaradıcılıq inadı öz bəhrəsini verir. Belə ki, jurnalın hər sayı yeni tapıntılar, maraqlı məzmun və kreativ dizaynla səciyyələnir.

May ayının tədbirlərinin sırasında ilin mötəbər və nüfuzlu mədəniyyət hadisəsi olan 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və bu tədbir çərçivəsində baş tutan müxtəlif layihələr öz əksini tapıb. I Avropa Oyunları ərəfəsində keçirilən Forumun təyinatı, gözlənilən mənaya qovuşması və müsbət nəticələri ilə Azərbaycanda keçirilən dünya səviyyəli hadisələr üçün layiqli zəmin yaratması bu materialların əsas məzmununu təşkil edir. Forumun mədəniyyət proqramı çərçivəsində hazırlanan “İşıq qayıdır” adlı möhtəşəm xoreoqrafik tamaşa-layihəsinin təfərrüatları da bu buraxılışımızda yer alıb.

“Əsrin 70 illik gözləntisi” olan 28 may Respublika Günü, Böyük Azərbaycanlının doğum günü və həyat fəlsəfəsini yaşadan və reallaşdıran 11 yaşlı Heydər Əliyev Fondunun fəaliyyəti haqqında yazılar uzun illərin gerçəkləşən xəyallarının inikası kimi oxunur.

“Mədəni Müxtəliflik Günü”, VIII Beynəlxaq Mstislav Rostropoviç Festivalı, Beşinci “ Muğam Müsabiqəsi”nin yekunları,” Muğamat” essesi, 56- cı Venesiya Müasir İncəsənət Biennalisində Azərbaycanın növbəti uğuru, dünya caz ənənlərini yaşadan Beynəlxalq CAZ Günü, 18 May Beynəlxalq Muzeylər Günü və bu çərçivədə nazirliyin keçirdiyi tədbirlər, sənət korifeylərimiz - rəssam Əzim Əzimzadə, əqidə və amalını bizlərə miras qoyub gedən ustad Mirzə Ələkbər Sabir, milli heykəltəraşlığımızın banisi Fuad Əbdürrəhmanov, səhnə rekordlarıyla məşhur Ədil İsgəndərov, tanınmış aktrisa Ətayə Əliyeva, sağ ikən canlı əfsanə misalı Tahir Salahov – bu kimi kulturaloji, humanitar və sənət mövzuları Mədəniyyər.AZ jurnalının diqqət mərkəzində saxladığı ənənəvi məqamlardır.

May sayının kino prioritetləri isə “Hədəf Bakıdır”, “Dərs”, “ Qara Bağ”, “İnikas”, “ Yarımçıq xatirələr” və “ Yüksəliş” kimi qısa və tammetrajlı filmlərdən ibarətdir.

Mədəniyyət və İncəsənət sahəsində elmi araşdırmalar aparan ziyalılarımız isə bu sayımızda həm heykəltəraşlıq, həm musiqi, həm folklor, həm də kitabxana dünyamızın dərinliklərinə baş vura biləcəklər.

İçimizi hər zaman göynədən, vətən həsrəti yaşadıb Şuşa ağrısı çəkdirən bəhslər, gizli sevdalara işıq tutan xalq şeiriyyəti dərgimizin daimi tərcihləridir. Hədəfimiz tələbkar oxucularımızın zövqü ilə hesablaşıb dərgimizin daha da mükəmməl olması üçün əlimizdən gələni əsirgəməməkdir.

# 1561 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər