Beynəlxalq festivalda qalib olan aktrisamız danışdı

Beynəlxalq festivalda qalib olan aktrisamız danışdı
1 may 2019
# 14:03

Aktrisa İlahə Həsənova 15 ci Beynəlxalq Kazan Film Festivalının “ən yaxşı qadın rolu” nominasiyasında qalib olub.

Kulis.az-ın verdiyi xəbərə görə, aktrisa İlqar Nəcəfin “Nar bağı” filmində baş roluna görə mükafatlandırılıb.

Filmlə bağlı təəssüratlarını bölüşən aktrisa bunları söyləyib: “Mən heç filmin festivala göndərildiyini bilmirdim. Bundan əvvəl eyni nominasiyada Türkiyədə keçirilən Antakya Beynəlxalq Film Festivalının mükafat qazanmışam. Bilirsiniz, mükafatlar haqda elə də məlumatlı deyiləm. “Nar bağı” mənim ilk və hələlik son tammetrajlı filmimdir. Bundan əvvəl qısametrajlı filmlərə çəkilmişəm.”

Xatırladaq ki, Rusiya, Qazaxıstan, İran, Keniya, Xorvatiya, Serbiya, Almaniya, Tacikistan, Türkiyə, Danimarka, Cənubi Koreya kimi ölkələrin qatıldığı Kazan Film festivalında 40 dan artıq film iştirak edib.

“Azərbaycanfilm” və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Minsk (Belarus), Malatya (Türkiyə), Avrasiya (Qazaxıstan), Asiya və Sakit okean hövzəsi ölkələrinin Kino Akademiyasının əsas mükafatlarını qazanıb.

Filmin ssenari müəllifi Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Minnebo, operatoru Ayhan Salar, bəstəkarı Firudin Allahverdidir.

“Nar bağı” aktrisa İlahə Həsənovanın ilk tammetrajlı kino debütüdür. İlahə karyerasını Yuğ teatrında başlayıb və hazırda Akademik Dram Teatrında çalışır.

# 4173 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

11:40 21 sentyabr 2026
Şakira uzun illər sonra İspaniyada konsert verdi

Şakira uzun illər sonra İspaniyada konsert verdi

11:20 21 sentyabr 2026
Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

11:00 21 sentyabr 2026
"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar

"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar

10:30 21 sentyabr 2026
Ed Şeran: "Uşaqların həyatını itirməsi ürəyimizi parça-parça edir"

Ed Şeran: "Uşaqların həyatını itirməsi ürəyimizi parça-parça edir"

10:15 21 sentyabr 2026
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə  şəhərləri günüdür

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

12:15 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər