Maqsud Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib

Maqsud Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib
29 may 2019
# 17:57

Prezident İlham Əliyev Maqsud Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Maqsud Davud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Məmmədov baletmeyster və rəqs quruluşçusudur. O, 30 may 1929-cu ildə Gəncədə doğulub. Rəqslə erkən yaşlarından məşğul olub. Moskva Xoreoqrafiya Məktəbini bitirdikdən sonra 1951-1961-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti işləyib.

Xalq artisti Rəfiqə Axundova ilə evli olan M.Məmmədov 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1970-ci il mayın 21-də xalq artisti fəxri adlarına layiq görülüb.

# 4439 dəfə oxunub

Oxşar xəbərlər

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər