Efirdə yanlış, mahnıda yanlış, kitabda yanlış...

Efirdə yanlış, mahnıda yanlış, kitabda yanlış...
1 mart 2016
# 10:31

Kulis Süleyman Qaradağlının “Savad, ay Savad…” yazısını təqdim edir.

Kəndimizdə Maarif adlı yeni ailə qurmuş bir gənc çox sevdiyi ailəsini, təzəcə dünyaya göz açmış oğlu Savadı qoyub müharibəyə gedir.

Qonşu kənddən olan bir əsgərlə səngərdə yanaşı uzanıb almanların növbəti hücumunu dəf edərkən Maarif öz kəndlərini, oğlunu xatırlayaraq ofuldayır:

- Ay Savad, ay Savad…

Qonşu kənddən olan əsgər Maarifin nə demək istədiyini başa düşmür və deyir:

- Nə savad, savad salmısan, bura savad yeri deyil. Müharibədə savadlı da ölür, savadsız da...

Ölkəmizdə keçirilən parlament seçkiləri ərəfəsində ana televiziya adlandırılan Dövlət televiziyasının səhər efirində aparıcı MSK-nın üzvlərini Milli Seçki Komissiyasının üzvləri kimi təqdim edəndə, hansısa klinikanı “klinikaların klinikası” deyə reklam edəndə, hava haqqında məlumatı “filan şirkət təqdim edir” deyə bildirəndə istər-istəməz yuxarıdakı əhvalatı yadıma salıram. MSK-nın Milli Seçki Komissiyası olmadığını, “klinikaların klinikası” deyəndə qalan klinikaların aşağılandığını başa düşmək, hava məlumatını hansısa şirkətin sponsorluğu ilə təqdim olunduğunu anlamaq bu qədərmi çətin və savad tələb edən işdir? Doğrudanmı indi bizim ekranımız, efirimiz o vəziyyətə düşüb ki, ən elementar məsələləri belə düzgün çatdıra bilmir...

Son vaxtlar yenicə çap olunan şeir kitablarının əksəriyyətinin üz qabığında müəllifin şəkli dərc olunur. Axı bu, müəllif haqqında olan kitab deyil, iri planda olan şəkli üz qabığına vurmaq hansı mənanı daşıyır? İndiyə qədər görmüşük ki, müəllif haqqında kitabın ya annotasiyasında, ya da üz qabığının sonuncu səhifəsində məlumat xarakterli bir neçə cümlə olar. Üz qabığının birinci səhifəsində isə kitabın məzmunuyla bağlı rəsm və ya fotoşəkil verilər.

Son vaxtlar az qala bütün müğənnilərin repertuarına daxil etdiyi bir mahnı var:

Yenə gəldi yaz ayları,

Bülbül gülə naz eyləyir...

İndiyə qədər həmin mahnını ifa edənlərdən biri də oxuduğunun fərqinə varmayıb: necə yəni bülbül gülə naz eyləyir? Hamı bilir ki, poeziyada bülbül - aşiq, gül - məşuq rəmzi olaraq işlədilir. Onda necə ola bilər ki, bülbül gülə, yəni aşiq məşuqa naz eləsin?

Yaxud neçə illərdən bəri kllasik mahnılardan birində səslənir:

Kətan köynək, nazik bədən

Gördüm, xumar oldum.

Halbuki əslində burada söhbət bədənin nazik olmağından deyil, köynəyin nazikliyindən gedir, yazılı mətndəki vergülə əhəmiyyət verilməməsi nəticəsində mahnıda tamamilə yanlış fikir ifadə edilir:

Kətan köynək nazik, bədən

Gördüm xumar oldum…

Fransız mütəfəkkiri Furye deyirdi ki, iş elə gətirə bilər, əslində Fransa Akademiyasının həqiqi üzvü olmağa layiq birisi Paris küçələrində araba ilə kömür daşıyar. Televiziya aparıcılarının danışıq tərzini, naşir və kitab müəlliflərinin məhsullarını, bəstəkar və müğənnilərin sözlə işləmək bacarığını görəndə fransız mütəfəkkirin bu sözlərini xatırlamamaq olmur...

# 3307 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər